Azərbaycan hərəkətə keçdi: Ermənistan məsuliyyətə cəlb olunacaq
20.09.2021 [14:03]
Təcavüzkar dövlət irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə cavab verəcək
Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarını işğal altında saxlamaqla yanaşı, həm də müxtəlif vaxtlarda xalqımıza qarşı qatı cinayətlər törədib, irqi ayrı-seçkilik həyata keçirib. Ermənistanda yaşayan soydaşlarımız ötən əsrin ayrı-ayrı dövrlərində azərbaycanlı olduqları üçün deportasiyaya məruz qalıb, öz doğma yurd-yuvalarından didərgin salınıblar. O cümlədən 1990-cı illərin əvvəlində Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə vətəndaşımız məcburi köçkün vəziyyətinə düşərək öz torpağında yaşamaq hüququndan məhrum edilib.
Təbii ki, Ermənistanın illərdir soydaşlarımızın hüquqlarını pozması cavabsız qala bilməz. Ekspertlərin də qeyd etdikləri kimi, insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaları, beynəlxalq qanunları heçə sayan işğalçı dövlət hüquqi məsuliyyətə cəlb olunmalıdır. Yeri gəlmişkən, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov da öz “Twitter” hesabında bu istiqamətdə mühüm addımların atılacağı ilə bağlı anons verib. Nazir müavini qeyd edib ki, önümüzdəki günlərdə irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tural Gəncəliyev qəzetimizə açıqlamasında bildirib ki, Ermənistan ötən 30 il ərzində torpaqlarımızı işğal altında saxlamaqla yanaşı, soydaşlarımızın fundamental hüquqlarını da pozub, dövlətimizə və xalqımıza böyük maddi-mənəvi zərər vurub. İşğal dövründə bir milyondan çox insanın öz doğma torpaqlarından didərgin salındığını vurğulayan millət vəkilinin sözlərinə görə, bu ilin yanvarında Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı iddia qaldırıb: “Bu iddianın əsas motivi Ermənistanın təcavüzü, ötən 30 ildə yürütdüyü işğal siyasəti nəticəsində ölkəmizə və insanlarımıza dəymiş zərərlə bağlıdır. Təbii ki, burada söhbət yalnız maddi zərərdən gedə bilməz. Təcavüz nəticəsində insanlar öz yurdlarından qovulublar və bu da ayrıca bir məsuliyyət yaradır. Bu günlərdə XİN-in yaydığı məlum açıqlama da məhz xalqımıza qarşı aparılan mənəvi terrorla bağlıdır. Dövlətimiz irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində addımlar atır. Mən həm keçmiş məcburi köçkün kimi, həm də Xankəndi şəhərinin parlamentimizdəki təmsilçisi olaraq bunu yüksək dəyərləndirirəm”.
Ermənistanın özü haqda yaratdığı mifin 44 günlük Vətən müharibəsində darmadağın olduğunu diqqətə çatdıran T.Gəncəliyev “Biz həm döyüş meydanında, həm də diplomatik cəbhədə qələbə əldə etmişik. Bu gün Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verməlidir. Bu haqda hər birimiz düşünməli, dövlətə var gücümüzlə kömək etməliyik. Hər birimiz Ermənistanı ifşa etməli, bu ölkənin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasına çalışmalıyıq. Bütün dünya görməlidir ki, bu kimi təcavüzkar əməllərin qarşısı alınmayanda necə dəhşətli mənzərə yaranır”, - deyə vurğulayıb.
O, deyib ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı rayonları, kəndləri, şəhərləri necə talan etməsi, viran qoyması hər kəsə məlumdur: “Ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin və təşkilatların nümayəndələri, o cümlədən bu regiona səfər etmiş şəxslər reallığı öz gözləri ilə görüblər. Biz artıq torpaqlarımızı işğaldan azad etmişik və həmin torpaqların dirçəldilməsi üçün çalışırıq. Ermənistan isə törətdiyi bütün cinayətlərə görə beynəlxalq qanunlar qarşısında cavab verməli olacaq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

