ABŞ Cənubi Qafqaza can atır
04.11.2021 [10:51]
Dövlət Departamentinin nümayəndəsinin İrəvan toplantısının səbəbləri
II Qarabağ müharibəsinin ardından Cənubi Qafqaz yenidən diqqət mərkəzindədir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bir sıra layihələr dünyanın aparıcı dövlətlərinin regiona marağını artırıb. Digər tərəfdən, bəzi dünya gücləri buraya olan təsir imkanlarını itirməmək üçün aktiv fəaliyyətə start vermiş kimi görünürlər. Məsələn, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin yeni təyin olunmuş köməkçisi Erika Olsonun regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfəri bunu təsdiqləyir. Noyabrın 2-4 aralığında İrəvanda olan E.Olson ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysinin, Gürcüstandakı səfiri Kelli C.Deqnanın və Azərbaycandakı səfiri Li Litzenberqerin, həmçinin Qafqaz danışıqları üzrə baş məsləhətçi Andryu Schoferin və USAID Administrator müavininin köməkçisi Aleksandr Sokolovskinin də qatıldığı Missiya Rəhbərlərinin regional toplantısını reallaşdırıb. Bu görüş ABŞ-ın regiona münasibətdə yeni siyasi xətt tutacağını deməyə imkan verirmi?
Bu arada, ABŞ Dövlət Departamentinin nümayəndəsinin regiona səfəri ilə bağlı yayılan xəbərdə bir nüans da diqqəti cəlb edir. ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi internet səhifəsində yayımlanan xəbərdə Ermənistanın paytaxtının “İrəvan” kimi qeyd edilməsi maraqlı məqamlardan sayıla bilər. Bəzi siyasi ekspertlər bunu rəsmi Vaşinqtonun regional əməkdaşlıqla bağlı Azərbaycana verdiyi üstünlük kimi də dəyərləndirirlər. Qeyd edilməlidir ki, Rusiya Prezidenti Vladimir Putinin Valday Disskusiya Klubunda Ermənistan ilə Azərbaycan arasındakı danışıqlarda heç kimə ehtiyacın duyulmadığını ifadə etməsi Qərbi hərəkətə keçirib. Bu mənada, ABŞ-ın Cənubi Qafqaz siyasətində yeni bir canlanmanın yaranması da, region ölkələri ilə əlaqələrin gücləndirilməsinə hesablanıb.
Milli Məclisin deputatı Kamran Bayramov ABŞ Dövlət Departamentinin zaman-zaman bu kimi regional toplantılar keçirdiyini, ölkəsinin hər üç Cənubi Qafqaz respublikasındakı təmsilçilərini bir araya yığdığını bildirib. Millət vəkilinin fikrincə, budəfəki toplantının müzakirə predmetləri olduqca zəngin kimi görünür. Belə ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə regiondakı siyasi-iqtisadi vəziyyəti dəyişib, yeni reallıqlar ortaya çıxarıb: “ABŞ uzun illərdir ki, ATƏT-in Minsk qrupunun həmsədridir. Rəsmi Vaşinqton keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi qismində çıxış edib. Təbii ki, Minsk qrupunun fəaliyyətini uğurlu hesab etmək olmaz. Bunun nəticəsi idi ki, Azərbaycan öz ərazi bütövlüyünü iradəsi və gücü sayəsində təmin etdi. Qarşıdakı dövrdə artıq sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılacaq ki, burada da ATƏT-in Minsk qrupuna ehtiyac qalmayacaq. Rusiya Prezidentinin “Valday”dakı fikirləri də bunu özündə ehtiva edirdi. ABŞ dərk edir ki, indiki halda regionda yeni siyasi-iqtisadi mənzərə yaranıb. 2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiyada Rusiyanın da təmsil olunması ABŞ-ın regionda inkişaf edən siyasi proseslərə təsir imkanlarını müəyyən mənada məhdudlaşdırıb. ABŞ bunu reabilitasiya etmək niyyətindədir. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması ilə yeni Şərq-Qərb tranzit logistikası formalaşır. Bu, regiona yeni iqtisadi imkanlar qazandıracaq. Azərbaycan Şərq ilə Qərbin iqtisadi qovuşma məntəqəsinə çevriləcək. Təbii ki, ABŞ bu prosesdə də iştirak etməyi arzulayır. Bu baxımdan, ABŞ Dövlət Departamentinin nümayəndəsinin regiona səfəri olduqca önəmli məqamlarla müşayiət oluna bilər. Yəqin ki, əlaqələrin möhkəmləndirilməsi əsas müzakirə predmeti olub”.
Bu səfərin G-20 toplantısından sonra reallaşmasına gəlincə isə, K.Bayramov ABŞ-ın Cənubi Qafqazda əsas tərəfdaşlarının Gürcüstan və Türkiyə olduğunu bildirib. Bununla belə, rəsmi Vaşinqton hər zaman Azərbaycanla da əlaqələrin inkişafına xüsusi diqqət yetirib: “Təbii ki, postmüharibə dövründə Azərbaycan regional güc mərkəzi funksiyasında çıxış edir və ABŞ-ın gələcəkdə Azərbaycanla əlaqələrin inkişafına xüsusi yanaşacağını indidən proqnozlaşdırmaq mümkündür. Azərbaycan dövləti bütün ölkələrlə milli maraqları çərçivəsində əməkdaşlıq edir. Bu mənada, Azərbaycanın ABŞ-la da münasibətləri də iqtisadi inkişafa və qarşılıqlı əməkdaşlığa əsaslanır”.
P. Sadayoğlu
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55

