“İşğal altında qalan” yer adlarımız
16.11.2021 [10:15]
ADLARI İŞĞAL ALTINDA OLAN RAYONLARIMIZ ÖZÜ BİZİMDİR, ADI ÖZGƏNİN
Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə bütün toponimləri dəyişib
Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi ilk gündən Qarabağın hər bölgəsində bərpa-quruculuq işləri aparılır. Yenidənqurma işlərinə cəlb olunan qurumlar bu yerlərə qayıdışı mümkün qədər tezləşdirmək üçün çalışır. Bir ildən də qısa müddətdə Topxana meşəsi və Daşaltı kəndindən Şuşa şəhərinə çatan Zəfər yolunun salınması görülən işlərin nəticələrindən sadəcə biridir. Ancaq təəssüf ki, Şuşaya gedərkən keçdiyimiz kəndlərin, məntəqələrin adı dünyaya hələ də erməni və ya rus dillərində təqdim olunur. Xüsusilə qlobal xəritələrdə tarixi torpaqlarımızın adının düşmənlərimizin dilində təqdim olunması onların saxta iddialarının öz əlimizlə işıqlanmasına şərait yaradır.
Aidiyyəti qurumlar hara baxır?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 29-da işğaldan azad olunmuş ərazilərimizdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalamışdı. Fərmanda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə topoqrafiya və xəritəçəkmə işlərinin aparılması qarşıya məqsəd kimi qoyulmuşdu. Bu fərmana görə, ETSN-nin Geodeziya və Kartoqrafiya üzrə şirkəti xəritələşməni təşkil etməli, rəqəmsal xəritələr hazırlamalı və adları da öz coğrafi yerlərinə uyğunlaşdırmalıdır. Qanunvericiliyə görə coğrafi adların transliterasiya problemini AMEA-nın müvafiq qurumu həll etməlidir. Qeyd edək ki, yeni coğrafi adlar Milli Məclisdə təsdiqlənəndən sonra Dövlət Statistika Komitəsində Reyestrə salınır və oradan da ETSN-ə ötürülür.
Lakin hazırda prosesin yekun nəticəsi ilə bağlı ortada hər hansı bir irəliləyiş yoxdur. Məlumdur ki, sözügedən idarənin keçmiş rəhbəri qeyri-millətin nümayəndəsi olub. Bu səbəbdən qurum rəhbərinin öz mənafeyi uğrunda prosesin ləngiməsinə şərait yaratması, arxiv materiallarını ortadan qaldırması təəccüb doğurmur...
Məsələnin ciddiliyini yoxlamaq üçün bir sıra KİV orqanları ilə də əlaqə saxladıq. Əməkdaşlar bildirdilər ki, işğaldan azad olunan rayonların xəritəsindən öz materiallarında istifadə etmək istəyərkən problem yaşayırlar. Azərbaycan Milli Ensiklopediyasının işçiləri isə “Geodeziya və Kartoqrafiya” idarəsinə məktub yazaraq xəritənin lazım olan hissəsində adlarla bağlı dəyişiklik etmək üçün icazə alırlar. Ancaq daimi xəbər mühitində çalışan KİV əməkdaşlarının hər dəfə bu cür xəritələr tərtib etmək üçün vaxtı yoxdur.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, ermənilər xəritələrlə bağlı işi uzun illər boyu sistemli şəkildə aparıblar: “Dünyanın heç bir ölkəsində qədim və müasir dövrə aid olan xəritələr öz-özünə yaranmır. Bu xəritələri müəyyən qurumlarda çalışanlar tərtib edirlər. Qədim dövrlərlə müasir dövrün xəritə məsələsində bir fərq də ondan ibarətdir ki, indi dövlətlərin ərazi və sərhədləri dünya birliyi tərəfindən qəbul edilib və onlar həmin sərhədlərlə BMT-yə üzv qəbul olunublar. Təcavüzkar Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə bütün toponimləri dəyişib. Təkcə Ermənistanda yox, xarici ölkələrdə də çoxlu xəritələr nəşr ediblər.
Torpaqlarımız azad olunandan sonra Cənab Prezidentin verdiyi təlimatlardan biri də bu sahədə uydurmaların, saxtakarlığın aradan qaldırılması, hər şeyin tarixi reallığa uyğun verilməsidir. Həmin ərazilər Azərbaycanın tarixi, etno-mədəni əraziləri olduğundan toponimlərin, yaşayış məntəqələrinin, çayların və göllərin adları da Azərbaycan mənşəlidir. Hesab edirəm ki, bu sahədə ermənilərin gördüyü işə ağır zərbə vurub darmadağın etməkdən ötrü sistemli şəkildə iş aparılmalıdır. Müvafiq qurumlar xəritələri çox diqqətlə, müxtəlif dillərdə hazırlamalıdırlar. Xəritə məsələsində qətiyyən yanlışlığa yol vermək olmaz. Muzeylərin birində Cənab Prezident bir xəritə qarşısında dayanarkən öz iradlarını bildirmişdi. Ola bilər ki, indi xəritələrin hazırlanmasında yubanmalar olsun, ancaq görülən işlər keyfiyyətlə və dəqiqliklə aparılmalıdır”, - deyə o vurğulayıb.
Məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. ETSN-nin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev sorğumuza cavab olaraq bildirdi ki, “Geodeziya və Kartoqrafiya” MMC tərəfindən Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının hər bir inzibati rayonu üzrə rəqəmsal xəritələr hazırlanıb və həmin xəritələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan elektron bazada yerləşdirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə isə, bu xəritələr adi istifadəçilər üçün deyil, daha çox proqramçılar üçün nəzərdə tutulub. Hazırda xəritə kodlar şəklində Nazirliyin elektron bazasında mövcuddur. Bu isə o deməkdir ki, xəritələrdən öz materiallarında istifadə etmək istəyənlər kodların xəritə halına salınması üçün hələ bir müddət gözləməli olacaqlar.
İşğaldan azad olunan rayonların adları qlobal xəritələrdə yenilənməlidir
Vətən müharibəsi təkcə hərbi yolla yox, həm də informasiya yolu ilə aparıldı. Hazırda müharibə hərbi fazada dayansa da, informasiya müharibəsi davam edir. Ona görə də, xəritələrin lokal və qlobal istifadəçilər, xüsusən xəritə şirkətləri üçün əlçatan olmasına çox ciddi ehtiyac var.
Bunun üçün ETSN, xüsusilə də onun xəritələrlə bağlı səlahiyyətli qurumu olan Geodeziya və Kartoqrafiya şirkəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AMEA bu prosesləri sürətləndirməli, qlobal xəritə şirkətlərinə rəsmi müraciətlər etməlidir.
Günel Abbas
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15

