Ermənistanın separatizmə dəstəyi...
22.02.2022 [10:16]
Belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur
Nardar BAYRAMLI
Ermənistanın Xarici İşlər Nazirliyi Qarabağda erməni separatizminin başlanmasının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda separatizmə “haqq” qazandırılır və Qarabağ separatçılarına dəstək ifadə olunur. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu bəyanatı pisləyib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti Ermənistan XİN-in Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 1988-ci il 20 fevral tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatını qınayıb. Qeyd olunub ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edib: “Ermənistanın aqressiv erməni separatçılarını dəstəkləməsi və Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək təcavüzkar siyasət həyata keçirməsi Azərbaycanın ərazilərinin bir hissəsinin 30 ilə yaxın hərbi işğal altında qalmasına, bu torpaqlarda qanlı etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasına səbəb olub. Ermənistan XİN-in “dirçəliş” kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən genişmiqyaslı fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib”.
“Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin məsuliyyətsiz davranışını, digər tərəfdən isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir. Ermənistan XİN-in nəzərinə çatdırırıq ki, belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur”, - deyə Azərbaycan XİN-in məlumatında vurğulanıb.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramin Məmmədov bildirib ki, bu gün Cənubi Qafqaz regionunun mənzərəsi fərqlidir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın yaratdığı reallıqlar bölgənin gələcəyi üçün yeni imkanlar yaradıb: “Burada sülh, təhlükəsizlik və əməkdaşlıq ən önəmli yer tutur. Müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan hakimiyyəti də sülhün və əməkdaşlığın tərəfdarı olduğunu bəyan edir. Amma Qarabağda separatçılığın baş qaldırmasına haqq qazandırmaq erməni tərəfinin sülh məsələləri ilə bağlı bəyanatlarına tamamilə ziddir. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti sözdə bir, əməldə isə başqa mövqe nümayiş etdirir. Ermənistan və Qarabağ separatçıları anlamalıdır ki, onlar bundan sonra Azərbaycanın ərazi bütövlüyünə qarşı heç bir addım ata bilməzlər. Rusiya sülhməramlılarının isə bölgədə yerləşdirilməsi müvəqqətidır. Qarabağdakı separatçılar isə həmin hadisəni artıq “təntənəli” qeyd edə bilmirlər”.
Həmsöhbətimizin fikrincə, burada əsas səbəblərdən biri rəsmi Bakının mövqeyidir: “Müharibədən sonra separatçı rejimin müəyyən cəhdlərinin qarşısı Azərbaycanın tələbi ilə alınıb. Rəsmi Bakının xüsusilə separatçıların özləri üçün düzəltdikləri “tarixi günləri” qeyd etməsinə qarşı sərt mövqe sərgiləyir. Ötən ilin 2 sentyabr tarixində qondarma “müstəqillik günləri”nin təntənəli qeyd edilməməsi də Azərbaycanın bununla bağlı tələbi idi. Həmin vaxt erməni mediası da Bakının bir çox məsələyə veto qoyduğunu yazırdı. Nəticə etibarilə “mərasimin” təntənəli keçirilməsi, hərbi yürüşün edilməsinə icazə verilmədi. Məlumatlar var idi ki, separatçılar “mərasimi” təntənəli keçirmək, eləcə də “yürüş” etmək üçün sülhməramlılardan icazə istəyib, amma Azərbaycanın bu məsələ ilə bağlı sərt mövqeyi əsas gətirilərək icazə verilməyib. Erməni mənbələri yazırdı ki, Bakının tələbi əsasında sülhməramlılar separatçı-terrorçulara maksimum “gözə görünməməyi” tapşırıb. Belə bir şəraitdə Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatının proseslərə zərrə qədər təsiri yoxdur. Amma bu fakt bir daha Ermənistanın regionda sülh təşəbbüslərinə qarşı çıxmaq niyyətini ortaya qoyur. Bütün hallarda, Azərbaycan qarşı tərəfə xəbərdarlıq edir və ermənilər bu xəbərdarlıqdan nəticə çıxarmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

