Pripyatidə nəticəsiz görüş...
28.02.2022 [22:15]
Amma mümkün ortaq mövqelər var
Taleh AĞAVERDİYEV
Rusiya ilə Ukrayna arasında 5 gündür ki, irimiqyaslı silahlı toqquşmalar davam edir. Fevralın 28-də bütün dünya gözləyirdi ki, iki ölkənin nümayəndə heyətləri arasında Belarus və Ukrayna sərhədindəki Qomel vilayətində aparılan danışıqlar zamanı tərəflər razılığa gələ və bu müharibəni dayandıra biləcəklər.
Danışıqlar 5 saata yaxın davam edib. Rusiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, prezident administrasiyası və digər idarələrin nümayəndələri daxil olub. Ona Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edib. Ukrayna nümayəndə heyətini “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov, Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli təmas qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, xalq deputatı Rustem Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil ediblər.
Hələ danışıqlar bitməmiş Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb. Söhbət zamanı Vladimir Putin vurğulayıb ki, Ukrayna ətrafında vəziyyətin nizamlanması yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denafikasiyası üzrə vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür. Bu açıqlamadan sonra aydın oldu ki, tərəflər çətin bu gün razılığa gələ bilərlər, çünki Rusiya liderinin irəli sürdüyü 3 əsas şərtdən ən azı ikisi Ukrayna tərəfi üçün qəbuledilməzdir.
Öz növbəsində, Ukrayna üçün əsas şərtlər atəşkəs və rus qoşunlarının bütün Ukrayna ərazisindən çıxarılmasıdır. Bu məsələdə prinsipial mövqe üçün artıq çox qan tökülüb ki, Ukrayna belə asanlıqla geri çəkilsin. Ukraynalıların ilk çağırışla danışıqlara getməkdən imtina etməsi, uzun hazırlıq mərhələsi göstərdi ki, hansısa qeyd-şərtsiz təslim olmaqdan söhbət gedə bilməz.
Buna baxmayaraq, Ukrayna prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirdi ki, Kiyev və Moskva Ukraynadakı vəziyyətlə bağlı danışıqların ikinci raundu ilə bağlı razılığa gəliblər. Onun sözlərinə görə, tərəflər “müəyyən irəliləyiş əlamətləri olduğu başlıca mövzular təyin ediblər”. Danışıq iştirakçılarının nəticələri müzakirə etmək üçün öz paytaxtlarına qayıtdığı qeyd olunub. Bundan sonra yaxın gələcəkdə danışıqların növbəti raundunu keçirəcək. Danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski isə bildirib ki, razılaşmaya əsasən növbəti görüş yaxın günlərdə Polşa-Belarus sərhədində keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

