Nobel Sülh Mükafatının 110-cu sahibi kim olacaq?
02.04.2022 [09:20]
Hər layiq olana verilmir, hər alan da layiq deyil
Nurlan QƏLƏNDƏRLİ
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü”
Hüseyn Cavidin bu misralarının, ifadə olunan hiss və düşüncənin vaxtı - zamanı, yeri - məkanı yoxdur. Bəşəri məsələdir, dünənə də aiddir, bu günə də, sabaha da. Cahanın dörd bir tərəfini əhatə edir. Bu gün də bəşəriyyət “qan tökülməsinin qarşısını alan dahi yer üzünü qurtaracaq” fikrini ifadə edir. Xüsusilə də, dünyanın nəzərinin Şərqi Avropada olduğu, insanların gərgin - narahat və həyəcanlı baxışlarının III Dünya müharibəsi də adlandırılan Rusiya-Ukrayna savaşına yönəldiyi bir vaxtda...
Sülh axtarışında: hərb meydanından diplomatik masaya...
“Nə olur-olsun, müharibə dayan(dır)ılsın” fikri beynəlxalq ictimai rəydə hakimdir - bu, hər kəsin ümumi düşüncəsidir, desək, yanılmarıq. Əlbəttə, məsuliyyət siyasilərin üzərinə düşür, inam siyasətdir. Çünki müharibə siyasətin zorakı yolla davamı olduğuna görə mübarizəni hərb meydanından diplomatik masaya daşıyacaq qüvvələr də elə siyasilərdir. Amma görünən odur ki, tərəflər bir-birinə şərtlərini qəbul etdirənə qədər geri çəkilmək, yaxud vaz keçmək niyyətində deyillər. Belə olan halda, söz-nüfuz sahibi, geosiyasi iradə nümayiş etdirməyi bacaran, faydalı təklif və fəal təşəbbüslərlə çıxış edən tərəflərə ümid bəslənilir. Hətta qeyd edilir ki, müharibənin dayanmasına həlledici töhfə verəcək şəxs, yaxud şəxslər Nobel Sülh Mükafatına layiq görülməlidir. Təsadüfi deyil ki, jurnalist Saskiya van Vestrinen Hollandiyanın “Algemeen Dagblad” qəzetində dərc olunan məqaləsində “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatı ala bilər”, - deyə vurğulayıb.
Nə üçün Ərdoğan?
Maraqlı və haqlı yanaşmadır. Ona görə ki:
- Qardaş ölkənin Prezidenti Rusiya-Ukrayna müharibəsinin dayanması - sülh ilə yekunlaşması üçün mütəmadi olaraq çağırışlar edir;
- Təkcə çağırışlar etmir, eyni zamanda, vacib addımlar atır. Davamlı olaraq hər iki ölkənin prezidenti, güc mərkəzlərinin, region dövlətlərinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə telefon danışıqlarında bu məsələni müzakirə edir;
- İstanbulda özünün də iştirakı ilə görüş təşkil edir, səmərəli və konstruktiv müzakirələrin aparılması üçün zəmin formalaşdırır;
- “Türkiyənin Davosu” adlandırılan Antalya Diplomatik Forumunda diplomatiyanın yenidən qurulmasından bəhs edilərkən Rusiya-Ukrayna müharibəsinə xüsusi diqqət yetirilir, diplomatik həll yolları - sülh imkanları axtarılır və s.
Bütün hallarda Ərdoğanın rəhbərliyi ilə Türkiyə diplomatiyası sülh quruculuğuna hədəflənib. Bu isə ümumbəşəri missiyadır. Ona görə də “Nobel Sülh Mükafatı Ərdoğana verilsin” deyənlər yanılmırlar... Yanılmırlar, amma veriləcəmki? Yaxud verilə bilərmi?
10 dekabr tarixində və ya Alfred Nobelin vəsiyyəti
Bu suala cavab tapmaq üçün Nobel Sülh Mükafatının nə olduğunu, kimlərə verildiyini, hansı meyarların əsas götürüldüyünü bilmək - faktlara nəzər salmaq lazımdır.
Adından göründüyü kimi, bu, Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir. Dünyada sülh və əmin-amanlıq uğrunda əmək sərf edən, səy göstərən, mübarizə aparan şəxsə və ya şəxslərə, hətta təşkilatlara verilir. Mükafat Norveç Nobel Komitəsi tərəfindən verilir, beş nəfərdən ibarət komitə üzvlərini Norveç parlamenti seçir. Sülh Mükafatı hər il 10 dekabr tarixində (Nobelin ölümünün ildönümündə) Osloda Norveç Kralının iştirakı ilə təqdim olunur. Bu, Stokholmda təqdim edilməyən yeganə Nobel mükafatıdır.
Bu günə qədər 109 şəxsə, 25 təşkilata Nobel Sülh Mükafatı təqdim olunub. Maraqlı statistika nəzərə çarpır: ABŞ-dan olan Laynus Polinq iki dəfə (nüvə silahı sınaqlarına qarşı həyata keçirdiyi kampaniyaya görə) şəriksiz olaraq Nobel mükafatına layiq görülən yeganə şəxsdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar fəaliyyətinə görə üç, Qaçqınlar üzrə Ali Komissarlığı isə iki dəfə mükafata layiq görülüb. Üç şəxs isə mükafatlandırıldığı vaxt həbsdə olub: Karl von Ossiyetski, Aun San Su Çji və Lyu Syaobo.
Mübahisəli məqamlar: kimlər layiq görüldü, kim imtina etdi?
121 illik tarixi olan Sülh Mükafatı Nobel mükafatlarının ən mübahisəlisi hesab olunur. Niyə? Çünki birincisi, bu zamana qədər bəzi seçimlərin subyektiv olduğu qeyd edilir, ciddi etiraz və tənqidlər ifadə olunur. İkincisi isə, 19 dəfə müxtəlif səbəblər göstərilərək (əsasən də uyğun namizəd tapılmadığı diqqətə çatdırılaraq) mükafat verilməyib. Və yaxud bəzi şəxslərin namizədliyi bir və ya bir neçə dəfə verilsə də, mükafata layiq olmadığı deyilib. Məsələn, beş dəfə namizəd olmasına baxmayaraq, Mahatma Qandi heç vaxt bu mükafatı qazanmayıb. Onun 1948-ci ildə öldürüldükdən sonra Nobel Sülh Mükafatı ilə təltif olunması məsələsi müzakirə olunub, amma heç bir nəticə qeydə alınmayıb. Hətta həmin il heç kim mükafata layiq görülməyib. Açıqlama isə sadə olub - “həyatda olan - yaşayan uyğun namizəd yoxdur”. Ölümündən sonra mükafatlandırma təcrübəsinə isə 1961-ci ildə rast gəlinib. İsveçli Daq Hammarşeld (BMT-nin sabiq baş katibi “Təşkilatı gücləndirdiyinə görə” laureat olub. Amma bu məsələ də həmin vaxt ciddi mübahisə və narazılıq doğurub. Etiraz edənlər “BMT gücləndirilməyib, əksinə, beynəlxalq siyasi proseslərin kənarında qalıb” arqumentini irəli sürüblər, Daq Hammarşeldin ölümündən sonra mükafatlandırılmasının subyektiv qərar olduğunu vurğulayıblar. Bir müddət sonra başqa forma və məzmunda etirazlara da rast gəlinib. Məsələn, 1973-cü ildə Le Dık Tho “Vyetnam müharibəsində atəşkəs əldə olunması və ABŞ qüvvələrinin çıxarılmasını nəzərdə tutan 1973-cü il Paris Sazişinə görə” təltif olunsa da, Nobel Sülh Mükafatından imtina edib. O, imtina qərarını belə izah edib: “Vyetnamda hələ də sülh əldə edilməyib, çünki Paris Sülh Sazişlərinə tam əməl olunmur”. Onunla birlikdə təltif olunan ABŞ diplomatı Henri Kissincer isə mükafatı alıb.
Göründüyü kimi, seçim edilməsində - laureatın müəyyənləşdirilməsində, Nobel Sülh Mükafatının verilməsində kifayət qədər qeyri-müəyyənliklər var. Ona görə də belə bir qənaət ifadə olunur: “Nobel Sülh Mükafatı hər layiq olana verilmir və mükafatı alan hər kəs ona layiq deyil”.
Bəşəriyyət üçün 2022-ci ilin ən taleyüklü məsələlərindən olan, nəticələri təkcə Şərqi Avropanı deyil, bütün Avrasiyanı əhatə edəcək Rusiya-Ukrayna müharibəsinin barışla yekunlaşması cəhdləri isə, şübhəsiz ki, dünyada sülhə çox böyük töhfədir. Türkiyə Prezidenti səmimi və fəal şəkildə “əlini daşın altına qoyub” - ona görə də Nobel Sülh Mükafatını əlinə ala (təltif oluna) bilər. Nəticənin necə olmasından asılı olmayaraq, dünya görür və bilir - Rəcəb Tayyib Ərdoğan ümumbəşəri missiya yerinə yetirir. Mükafat almaq - təltif olunmaq üçün deyil, bəşəriyyətin sağlam gələcəyi, sülhün, mehriban birgəyaşayışın təmin və təşviq olunması üçün!
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43
