Bu gün Avropanın siyasi paytaxtında...
06.04.2022 [09:48]
Keçiriləcək üçtərəfli görüşdən nə gözlənilir?
Brüsseldə Bakı vaxtı - Azərbaycanın iradəsi həlledicidir
Nurlan QƏLƏNDƏRLİ
Bu gün Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək. Siyasi ekspertlər tərəfindən bu görüşlə əlaqədar müzakirə mövzusuna çevrilən bir sıra məsələlər var. Bunlardan biri tərəflərin hansı şəraitdə və hansı reallıqlar fonunda Brüssel görüşünə getməsi, hədəflərin və gözləntilərin nələrdən ibarət olmasıdır. Digər vacib məqam görüşün prinsipial məsələlərdə - sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, regionda kommunikasiya xətlərinin bərpası kimi məsələlərdə hansı irəliləyişlərə səbəb olacağıdır.
Şübhəsiz ki, Azərbaycan bu görüşə şərtləri diktə edən tərəf kimi gedir. Ölkəmizin təklif və təşəbbüsləri bəlli, mövqeyi isə aydın və birmənalıdır. Ölkəmiz, ilk növbədə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün tələblərinin tam yerinə yetirilməsində israrlıdır. Digər tərəfdən, Azərbaycan tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin bərpası ilə əlaqədar konkret yanaşma ortaya qoyur. Ən əsası, sülh gündəliyi qalib Azərbaycanın haqlı, birmənalı və qətiyyətli mövqeyi, müvafiq təklifləri əsasında müəyyən olunur. Hələ bir müddət öncə Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Aİ Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüşdə müzakirə olunan məsələlər, ifadə edilən mövqelər də bu reallığı bir daha təsdiqləmişdi. Elə Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında əksini tapan məqamlar və məsələlər bölgədə postmüharibə dövrünə dair yanaşma və fəaliyyətlərin məhz Azərbaycanın geosiyasi iradəsi əsasında təyin olunduğunu göstərmişdi. Nəhayət, Azərbaycanın iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipi əks olunub. Görüş ərəfəsində həmin prinsipləri bir daha xatırlatmaq yerinə düşər:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Şübhəsiz ki, iki dövlət məhz bu baza prinsipləri əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir:
Ermənistan isə reallıqları qəbul etmək və ağıllı hərəkət etmək məcburiyyətindədir. Müzakirələrin istiqamətini və ya mövzunu dəyişməyə çalışmaq, yaxud hər hansı bir ön şərt irəli sürmək yolverilməzidir. İrəvan unutmamalıdır ki, Paşinyanın yeddi şərt irəli sürməsinin cavabı kapitulyasiya olmuşdu. Nəzərə alınmalıdır ki, Azərbaycanın geostrateji iradəsi əsasında regionda yeni təhlükəsizlik mühiti yaranır, çoxtərəfli əməkdaşlıq platforması formalaşır və bu işbirliyi çətiri altında birləşmək yalnız iqtisadi mənfəət, siyasi dividend vəd edir. Bu prosesə isə süni müdaxilə etmək, reallıqları dəyişdirmək mümkün deyil!
Nəhayət, Avropa İttifaqının da Cənubi Qafqaza marağının artmasının, bölgədə cərəyan edən proseslərdə fəal iştirak istəyinin əsas səbəbi - motivi postmüharibə dövrünün reallıqlarıdır. Daha dəqiq desək, bu, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasında yer almaq niyyəti ilə əlaqədardır. Aİ öz səmərəli fəaliyyəti - faydalı təşəbbüsləri ilə fərqlənə, Cənubi Qafqazda etimad quruculuğuna töhfə verə bilər.
Bütövlükdə, hərbi qələbəni siyasi-diplomatik müstəvidə möhkəmləndirən, strateji prosesə çevirən Azərbaycan regiona sülh, sabitlik, rifah, işbirliyi və inteqrasiya vəd edən hədəflərinə doğru addım-addım irəliləyir. Bu gün Avropanın siyasi paytaxtında keçiriləcək üçtərəfli görüşdə də bu reallıq özünü göstərəcək. Başqa sözlə, Azərbaycanın iradəsi həlledicidir və Brüsseldə saatlar Bakı vaxtı ilə qurulur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41
İqtisadiyyat
07 Noyabr 11:20
YAP xəbərləri
07 Noyabr 11:12
YAP xəbərləri
07 Noyabr 11:06
Gündəm
07 Noyabr 10:55
İqtisadiyyat
07 Noyabr 10:53
İqtisadiyyat
07 Noyabr 10:36
Analitik
07 Noyabr 10:14
MEDİA
07 Noyabr 09:51
Analitik
07 Noyabr 09:38
Mədəniyyət
07 Noyabr 09:14
Sosial
07 Noyabr 08:50
İdman
07 Noyabr 08:26
YAP xəbərləri
06 Noyabr 23:42
YAP xəbərləri
06 Noyabr 22:45
YAP xəbərləri
06 Noyabr 22:36
YAP xəbərləri
06 Noyabr 21:28
YAP xəbərləri
06 Noyabr 21:10
YAP xəbərləri
06 Noyabr 20:47
YAP xəbərləri
06 Noyabr 20:30
YAP xəbərləri
06 Noyabr 19:49
YAP xəbərləri
06 Noyabr 19:14
Maraqlı
06 Noyabr 18:36
YAP xəbərləri
06 Noyabr 18:12
YAP xəbərləri
06 Noyabr 17:49
Dünya
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:40
Siyasət
06 Noyabr 17:23
YAP xəbərləri
06 Noyabr 16:54
Dünya
06 Noyabr 16:29
YAP xəbərləri
06 Noyabr 16:26
Diaspor
06 Noyabr 15:43
Dünya
06 Noyabr 15:32
YAP xəbərləri
06 Noyabr 14:46
YAP xəbərləri
06 Noyabr 14:45
YAP xəbərləri
06 Noyabr 14:44
Dünya
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:23
YAP xəbərləri
06 Noyabr 13:58
YAP xəbərləri
06 Noyabr 13:48
YAP xəbərləri
06 Noyabr 13:44
YAP xəbərləri
06 Noyabr 13:43
YAP xəbərləri
06 Noyabr 13:42
YAP xəbərləri
06 Noyabr 13:41
YAP xəbərləri
06 Noyabr 13:40

