Mirzoyanın Moskva səfərinin səbəbi bəlli oldu
09.04.2022 [10:27]
Ermənistan yenə də prosesi yubatmaq istəyir
Aprelin 6-da keçirilən Brüssel görüşü sülh prosesinin intensivləşdirilməsi üçün zəmin formalaşdırdı. Artıq bəllidir ki, sülh müqaviləsi Azərbaycanın irəli sürdüyü beş maddəlik şərtin əsasında hazırlanacaq. Bununla bağlı müvafiq razılaşma da olub. Bu isə, Ermənistanın maraqlarına uyğun gəlmir. Brüsseldən narazı dönən Ermənistan tələm-tələsik yenidən siyasi istiqamətini dəyişməyə hazırlaşır. Qısa müddət öncə Rusiyaya arxa çevirən rəsmi İrəvan yenidən Kremlin “qılıncının altına” üz tutur. Bu ölkənin XİN rəhbəri Ararat Mirzoyanın Moskva səfəri və rusiyalı həmkarı Lavrovla görüşü fərqli istiqamətlərə yozulsa da, əsas mahiyyətin Brüssel görüşü ilə bağlı olduğu aşkardır.
Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan da aprelin sonunda Rusiyaya rəsmi səfər edəcək. Paşinyanın səfəri aprelin ikinci ongünlüyünə planlaşdırılıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov da Ermənistanın Brüssel görüşündən razı qalmadığını diqqətə çatdırıb. Onun fikrincə, Ermənistanın siyasi rəhbərliyinin yenidən Kremlə üz tutması bununla bağlıdır. Ermənistan Rusiyadan siyasi dəstək almaq niyyətindədir: “Ermənistan KİV-ində çıxış edən analitiklərin də fikirləri məhz bu yöndədir. Düzdür, Paşinyan Avropa formatında keçirilən danışıqlara böyük ümid bəsləyirdi. Lakin bu ümid puç oldu, görüş sonrası bəyanatda ATƏT-in Minsk qrupu, “Dağlıq Qarabağ”, “status” kimi sözlər yer almadı. Bu səbəbdən də Ermənistan yenidən üzünü Rusiyaya çevirir. Aprelin sonunda Nikol Paşinyanın da Moskvaya səfəri gözlənilir. Yəqin ki, bu görüş də Paşinyanın vaxt uzatmaq siyasətinə hesablanıb”.
Ermənistanın ötən il baş tutan Soçi görüşündə üzərinə götürdüyü öhdəlikdən boyun qaçırdığını, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiyanın reallaşmasına imkan vermədiyini bildirən İ.Hüseynov onu da vurğulayıb ki, Brüssel görüşündə aprelin sonuna qədər sərhədlərarası komissiyanın çağırılması istiqamətində yekdil fikir yer almaqdadır. “Ermənistan hazırda məsələni yubandırmaq üçün səy göstərir. 6 aprel bəyanatı birbaşa vaxt çərçivələrini müəyyənləşdirir. Hər iki tərəf ayın sonuna qədər bununla bağlı fəaliyyət ortaya qoymalıdır. Ermənistan prosesi yubatmaq üçün Rusiya amilinə “sığınır”. Bu məsələni diqqətlə nəzərdən keçirmək lazımdır. Eyni zamanda, 6 aprel Brüssel bəyanatında da iki dəfə Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatlara istinad olunur. Bu onu göstərir ki, Avropa İttifaqı formatında keçirilmiş danışıqlar Rusiya vasitəsilə keçirilən siyasi dialoqa heç bir rəqabət formalaşdırmır. Əksinə, əldə olunmuş razılıqların praktiki formada icrası istiqamətində münbit zəmin yaradır. Aİ sülhün gücləndirilməsində, dialoqun genişləndirilməsində maraqlıdır. Rusiya isə regionda siyasi mövcudluğunu qoruyub saxlayan bir dövlətdir. Düşünürəm ki, qısa zamanda hər iki tərəf XİN rəhbərləri səviyyəsində sülh müqaviləsini hazırlayaraq dövlət başçılarına təqdim edəcəklər”, - deyə İ.Hüseynov əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

