Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2 bəyanat, 2 səhv...

2 bəyanat, 2 səhv...

16.04.2022 [10:30]

Arayik separatçıları aldadır

Nardar BAYRAMLI

Son zamanlar Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılması, sülh sazişi ilə bağlı danışıqlara başlanması istiqamətində konkret addımlar atılır. Bununla əlaqədar aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri arasında keçirilən görüşdə müvafiq razılıq əldə olunub. Bundan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri birbaşa telefonla danışaraq Brüssel razılaşmalarının icrasını müzakirə ediblər. Digər tərəfdən, Nikol Paşinyanın Ermənistan parlamentində son çıxışları artıq rəsmi İrəvanın Azərbaycanın şərtləri ilə razılaşmağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qaldığını təsdiqləyir. 

Belə bir vəziyyət Qarabağdakı erməni separatçılarını ciddi təşvişə salıb. Ermənistanı indiyədək özlərinin “təminatçısı” hesab edən separatçılar Paşinyanın son bəyanatlarını etirazla qarşılayır. Bu səbəbdən erməni separatçılarının başçısı Arayik Arutyunyan yeni dəstək axtarışına çıxıb. O, Ağdərəyə gedərək sərsəm bəyanatlar səsləndirib. Arayik  həm bölgədəki Rusiya sülhməramlılarının sayının artırılmasını, həm də Azərbaycan ordusunun Fərrux dağından geri çəkilməsi ilə bağlı sülhməramlıların komandanlığı ilə “danışıqların davam etdiyini” deyib. Göründüyü kimi, Arutyunyan hər iki bəyanatında saxta iddialarla çıxış edib.

Qarabağdakı erməni separatçılarının bu addımları nəyə hesablanıb? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb və müvafiq beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə də “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Onun sözlərinə görə, Brüssel görüşünün nəticələri ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı da bunu təsdiqləyir: “Hazırda müzakirə olunan məsələlər Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və tərəflər arasında sülh sazişinin imzalanmasıdır. Qarabağ ermənilərinə hər hansı status verilməsindən söhbət getmir. Nəzərə alsaq ki, A.Arutyunyanı biz separatçı hesab edirik, bu halda onun Ağdərədə hansısa görüşlər keçirməsi tamamilə qanunsuzdur. Həmin görüşdə o, hətta Rusiya sülhməramlı kontingentinin sayının artırılması və onların bölgədə müddətsiz olması iddiası ilə çıxış edib. Əlbəttə ki, bir separatçının belə bir iddialarla çııxş etməsinin əsası yoxdur. Məlumdur ki, Rusiya sülhməramlı kontingenti Azərbaycanın həmin ərazilərində müvəqqəti olaraq yerləşdirilib və bu, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsaslanır. Həmin bəyanatda sülhməramlı kontingentin müddəti, texnikaların, hərbçilərin sayı dəqiq göstərilib. Azərbaycanın razılığı olmadan onların sayının artırılması mümkün deyil”.

Millət vəkili qeyd edib ki, Arutyunyanın Fərrux yüksəkliyi ilə bağlı dediklərinə də əhəmiyyət vermək lazım deyil: “Bu məsələ haqda dövlətimizin mövqeyi ortadadır. Həmin ərazi ordumuzun nəzarətindədir. Azərbaycan öz ərazisində qanuni addımlar atır. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, dinc erməni əhalisi Azərbaycan qanunlarına tabe olub bu torpaqlarda yaşamalıdırlar. 10 noyabr bəyanatında vaxtilə doğma torpaqlarından qovulmuş azərbaycanlıların Qarabağa qayıtmaları haqda ayrıca bənd var. Bu məsələlər mərhələlərlə icra olunacaq. A.Arutyunyan  isə bir separatçıdır. Azərbaycan təmkin nümayiş etdirərək bütün problemlərin dinc yolla həllinin tərəfdarıdır. Əks halda, qanuni addımlar atmaq  hüququna sahibdir. Bəzi təxribatlara tutarlı cavab verilməsi də bunu təsdiqləyir. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, Qarabağda separatçılığın qarşısı tamamilə alınmaldır və belə də olacaq”. 

Paylaş:
Baxılıb: 847 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30