Xorvatiya veto qoydu...
21.05.2022 [12:19]
Ölkə rəhbərliyinin mövqeyinin arxasında nə dayanır?
T. Ağaverdiyev
2022-ci il dünya tarixində dönüş nöqtələrindən biri olacağını vəd edir. Ukraynadakı müharibə geosiyasi vəziyyəti son həddə qədər gərginləşdirdi və dünya xəritəsinin köklü şəkildə yenidən bölüşdürülməsinə qədər əhəmiyyətli hərbi-siyasi və sosial-iqtisadi dəyişikliklərin xəbərçisi oldu. Hər ay dünya siyasi arenasında vəziyyət daha da mürəkkəbləşir, ölkələr arasında ziddiyyətlərin sayı artır, bu və ya digər dünya güc mərkəzinə məxsus düşərgələrə bölünür, köhnə incikliklər ortaya çıxır, dondurulmuş münaqişələr alovlanır...
Nəticədə, Rusiya ilə Qərb arasında qarşıdurmada ciddi dəyişikliklərə cəhd edən Finlandiya və İsveçin NATO-ya daxil olması praktikada ilk baxışda göründüyündən qat-qat çətin oldu. Belə ki, Türkiyədən sonra Xorvatiya da bu ölkələrin alyansa qoşulmaq üçün müraciətlərinə baxılması prosesini əngəlləmək qərarına gəlib. Xorvatiya prezidenti Zoran Milanoviç deyib: “Məsələ yazda yağış kimi yarandı, heç kim gözləmirdi... NATO sammitində dəvətə veto qoyacağam”.
“Associated Press” agentliyinin məlumatına görə, bu və bir sıra digər məsələlərlə bağlı Xorvatiya prezidentinin mövqeyi baş nazir Andrey Plenkoviçin fikri ilə üst-üstə düşmür: siyasətçilər arasında “şiddətli mübahisələr” olduğu iddia edilir.
Lakin ölkənin milli təhlükəsizliyini və maraqlarını təmin etməyə yönəlmiş ədalətli tələblər irəli sürən Türkiyədən fərqli olaraq, Milanoviçin vəziyyətdən sui-istifadə etməyə çalışdığını düşünmək üçün kifayət qədər əsaslar var.
Qeyd edək ki, Xorvatiya prezidenti uzun müddətdir ki, Rusiya ilə sıx əlaqələrdə şübhəli bilinirdi. Belə ki, hələ müharibə başlamazdan əvvəl, bu ilin fevral ayının əvvəlində Milanoviç bildirib ki, Ukrayna NATO-ya üzv olmamalıdır və fikrini kifayət qədər kobud formada əsaslandırıb. Daha sonra Xorvatiyanın baş naziri prezidentin sözlərinə görə Kiyevdən üzr istəməli olub. Bundan əlavə, Zoran Milanoviç Bosniya və Herseqovinadan olan serb millətçilərini açıq şəkildə dəstəkləyir və Balkanlarda ardıcıl olaraq rusiyayönlü xətt yürüdən Serb Respublikası prezidenti Milorad Dodiklə əməkdaşlığın tərəfdarıdır. O, həmçinin son bir neçə ildə xorvat millətçi populistləri ilə sıx əlaqələr saxlayır.
Buna görə də Xorvatiya prezidentinin hazırkı mövqeyini həm Rusiyaya dəstəyi ilə (Rusiya üçün 1300 km uzunluğunda sərhədi olan qonşu Finlandiyada NATO qüvvələrinin peyda olmasının qarşısını almaq son dərəcə vacibdir - T.A), həm də Bosniya və Herseqovinadakı vəziyyətlə əsaslandırmaq olar. Belə ki, daha əvvəl bildirilmişdi ki, Milanoviç rəsmi Zaqrebi Bosniya və Herseqovinanın seçki qanunvericiliyində yerli xorvatların xeyrinə dəyişikliyə nail olmağa çağırıb və deputatlardan o vaxta qədər NATO-nun iki Skandinaviya ölkəsinə genişlənməsini dəstəkləməməyi tələb edib. Xorvatiya prezidentinin mövqeyi ilə Bosniya və Herseqovina arasında mümkün əlaqəni açıqlamağa çalışaq:
Bosniya və Herseqovina (BvH) Bosniya və Herseqovina Federasiyası (həmçinin Müsəlman-Xorvat Federasiyası kimi tanınır) və Serb Respublikasının daxil olduğu federativ dövlətdir. Ölkəni əsas dini və etnik qrupların - müsəlman bosniyalılar, katolik xorvatlar və pravoslav serblərin üç nümayəndəsindən ibarət rəyasət heyəti idarə edir.
Bir neçə il bundan əvvəl xorvatiyalı liderlər “üçüncü entitet” (Hersoq-Bosniya Respublikası) yenidən yaradılması məsələsini gündəmə gətirməyə başladılar, öz hərəkətlərini nümayişkaranə şəkildə serb separatçıları ilə koordinasiya etdilər. Buna cavab olaraq xorvatiyalı liderlərinin mövqelərinə ciddi zərbə vuruldu - 2018-ci ildə BvH-də həmprezidentlərin ümumxalq seçkiləri zamanı bosniyalı seçicilərin bir hissəsi mütəşəkkil şəkildə bosniyalılar deyil, xorvat namizədləri olan səsvermə bülletenlərini götürdü və xorvat millətçisi Draqan Çoviçi deyil, bosniyameyilli xorvat Jelko Komşiçi xorvatlar tərəfindən həmsədr seçdi. Nəticədə, xorvat məsələsi daha da kəskinləşdi və bu gün BvH-dəki xorvat ultramillətçiləri Xorvatiya Herseq-Bosniya Respublikasının yaradılmasını, Xorvatiya hakimiyyəti isə ən azından BvH-nin seçki qanunvericiliyində islahatların aparılmasını tələb edir ki, bundan sonra hər xalqdan həmsədr namizədliyinə yalnız onun nümayəndələri səs verə biləcəklər. Xorvatları təmsil edən millətçi Draqan Çoviç qarşıdan gələn 2022-ci il ümumxalq seçkiləri öncəsi BvH-də seçki qanununu dəyişməyə çalışır. O, Jelko Komşiçin bosniyalılar tərəfindən seçildiyini və əslində xorvatların maraqlarını təmsil etmədiyini iddia edərək, tərkib xalqlarının “qanuni təmsilçiliyini” təmin etmək istədiyini deyir.
Bu vəziyyət Rusiyanın maraqlarına tam uyğundur. Birincisi, BvH çoxdan NATO-ya (eləcə də Aİ) üzv olmaq planlarını açıqlayıb və mart ayında Rusiyanın bu ölkədəki səfiri İqor Kalabuxov açıq şəkildə eyham vurmuşdu ki, BvH NATO-ya qoşularsa, Ukraynanın taleyini bölüşdürə bilər. İkincisi, Bosniya və Herseqovinada potensial münaqişə Aİ sərhədlərində müharibə demək olardı, yəni Rusiya regionda Qərbə qarşı yeni cəbhə aça bilər.
Serbiyanın və Xorvatiyanın indiki hakim elitası isə öz siyasətini elə qurur ki, ən azından bu maraqlara zidd olmasın. Bu, müəyyən dərəcədə bu ölkələrin Rusiyadan güclü enerji asılılığı və çoxlu birgə iqtisadi layihələrin olması ilə izah oluna bilər. Belə ki, məsələn, bir sıra ekspertlərin fikrincə, Xorvatiya prezidentinin mövqeyi Xorvatiya turizminin inkişafına aktiv şəkildə sərmayə qoyan rus oliqarxlarının pullarından maliyyə asılılığı ilə bağlı ola bilər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27