/ / Mətbuat Şurasının rəhbərliyi Qubanın "Şəfəq" qəzetinin 90 illik yubileyi ilə bağlı mərasimdə iştirak edib
Mətbuat Şurasının rəhbərliyi Qubanın "Şəfəq" qəzetinin 90 illik yubileyi ilə bağlı mərasimdə iştirak edib
27.04.2011 [12:58]
Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin Qubanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək üzərinə tər çiçəklər düzüblər.
Rayon Mədəniyyət Evində baş tutan toplantıdan öncə qonaqlar burada “Şəfəq” qəzetinin müxtəlif illərdəki fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Yubiley tədbirini Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov açıb. Qonaqları salamlayan S.Məmmədov bildirib ki, əsası Həsən bəy Zərdabi ilə qoyulan Azərbaycan mətbuatı ötən hər bir ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib ki, bunlar özünü bölgə nəşrlərinin timsalında da göstərir. İcra başçısının müavini çıxışında ölkəmizdə media sahəsində həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərdən söhbət açıb.
S.Məmmədov Quba Rayon İcra Hakimiyyətinin diplom və hədiyyələrini “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Əliyevə təqdim edib. Nəşrə, həmçinin, dövlət qurumu tərəfindən “Niva” markalı avtomobil də hədiyyə olunub.
“Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Əliyev çıxışında rəhbərlik etdiyi mətbu orqanın tarixindən söhbət açıb. O, 1921-ci ilin aprel ayından “Əxbar” adı ilə çıxan nəşrin müxtəlif illərdə “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Qızıl Quba”, “Quba” adları ilə fəaliyyət göstərdiyini vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, “Şəfəq” Azərbaycanda ilk bölgə qəzeti adını şərəflə qoruyan kütləvi informasiya vasitəsidir. Şura sədri mətbu orqanın təkcə Quba rayonunda deyil, ümumilikdə bölgədə ictimai fikrin formalaşmasında oynadığı rola diqqət çəkib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bölgə KİV-ləri ilə bağlı xüsusi fəaliyyət istiqamətinə malik olduğunu deyən MŞ sədri vurğulayıb ki, qurumun fərdi jurnalist yazıları müsabiqələrində müxtəlif şəhər və rayonlarımızda fəaliyyət göstərən KİV təmsilçilərinin iştirakına şərait yaradılması mövcud istiqamətdə atılmış ilk addımdır. Ə.Amaşov Mətbuat Şurasının təbrik plaketini və qurumun press-kartlarını “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Əliyevə təqdim edib.
Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Vahid Əhmədov ilk bölgə qəzetlərindən olan “Şəfəq”in keçdiyi ömür yolunun müasir dövr mətbuatımız üçün örnək olduğunu vurğulayıb.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxışında bölgə qəzetlərinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübədən söhbət açıb. O bildirib ki, bu tip media orqanları yerlərdə ictima rəyin formalaşmasında aktiv rol oynayırlar.
“Zaman Azərbaycan” qəzetinin baş redaktoru Süleyman ünal qardaş Türkiyədə bölgə mediasının durumu barədə məlumat verərək bildirib ki, ölkədə bu tip mətbuat orqanları paytaxtdakı və iri şəhərlərdəki nəşrlərdən heç də geri qalmırlar.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, 90 yaşını qeyd edən “Şəfəq” qəzetinin yüksək səviyyəyə çatması böyük zəhmət tələb edən proses olub. Bu işdə nəşrin hər bir əməkdaşının müstəsna payı var.
çıxış edənlərdən “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Dağıstanda nəşr olunan “Dostluq-Drujba” jurnalının rəhbəri Tahir Saleh, şair-publisist Ramiz Qusarçaylı və başqaları “Şəfəq” qəzetinin bölgə nəşrləri içərisində öncül mövqeyə sahib olmasını şərtləndirən amillərdən söhbət açıblar. Onlar bu baxımdan ölkədə dövlət başçısı səviyyəsində mediaya göstərilən sistemli qayğı ənənəsini, Quba rayon rəhbərliyinin və ictimaiyyətinin nəşrə həssas münasibətini və qəzetin yaradıcı, istedadlı, jurnalist peşəsinə sadiq kollektivə malik olmasını xüsusi vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

