Təhrikedici təxribatlar...
10.03.2023 [10:18]
Mövqelərimiz 23-dəfə atəşə tutulub
Son günlər erməni tərəfi Azərbaycana qarşı hərbi təxribatlarını artırıb. Müdafiə Nazirliyinin məlumatına görə, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsən rayonunun Astaf, Gədəbəy rayonunun Zamanlı və Göyəmli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlər üzrə adekvat cavab tədbirləri görülüb. Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir. Müdafiə Nazirliyi bir daha bəyan edib ki, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan tələfatına görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistanın hazırki dönəmdə hərbi təxribatlar törətməsinin məqsədi nədir? Nəzərə almaq lazımdır ki, bu gün regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdən biridir. Xüsusilə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması beynəlxalq birliyin diqqət mərkəzindədir. Bu məqsədlə indiyə qədər bir sıra görüşlər keçirilib, bəyanatlar imzalanıb. Lakin hər görüşdən və razılaşmalardan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Bu dəfə isə Ermənistan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində aparılan danışıqlardan və Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərlə təmaslara başlamasından sonra hərbi təxribatlara başlayıb. Eyni zamanda, son təxribatlar Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi T.Klaar və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun bölgəyə səfəri dövrünə təsadüf edir. Əslində isə belə bir vacib səfərlər dövründə erməni tərəfinin hərbi təxribatlar törətməsi heç də təsadüfi sayılmamalıdır. Çünki müstəqil olmayan Ermənistan kənar qüvvələrin iradəsi ilə davranır və bu təxribatlar regionumuzda sülh istəməyən qüvvələrin maraqlarına xidmət edir. Ermənistan həmin qüvvələrin əlində alət olduğu üçün onların göstərişlərini yerinə yetirməyə məcburdur.
Azərbaycan isə regionun gələcəyi naminə Ermənistanla sülh sazişi imzalamağın tərəfdarıdır və bununla bağlı beş bənddən ibarət təkliflərini qarşı tərəfə təqdim edib. Təkliflərdə ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır. Müzakirələrin gedişində tərəflər layihəyə əlavə təkliflərini də veriblər. Artıq Azərbaycan tərəfi sülh sazişi layihəsinin son variantı üzərində işləyərək qarşı tərəfə təqdim edib.
Bütün bunların fonunda Ermənistanın şərti dövlət sərhədində hərbi təxribatlar törətməsi vəziyyəti gərginləşdirə bilər. Ordumuz həmişə olduğu kimi qarşı tərəfin təxribatlarına tutarlı cavab verir. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olan ərazilərdən qanunsuz erməni silahlı dəstələrinin mövqelərimizə atəş açmalarına gəlincə, Silahlı Qüvvələrimiz növbəti dəfə də özünümüdafiə məqsədilə əməliyyatlar keçirə bilər. Erməni tərəfi “Qisas” və digər əməliyyatların nəticələrini unutmamalıdır. Digər tərəfdən, bu kimi hallar Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını zəruri edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56

