Baronessa Koks cəzalandırılmalıdır!
13.06.2023 [11:03]
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan Azərbaycan icması tələb edir
Azərbaycanın terrordan və erməni işğalından əziyyət çəkdiyi 30 il ərazində bir çox şəxslərin və ya dövlətlərin, eləcə də təşkilatların təcavüzkara dəstəyinin şahidi olmuşduq. Bu “dəstəkçi”lərdən ən yadda qalanlardan biri Azərbaycan oxucusuna daha çox “baronessa Koks” adı ilə tanış olan Karolina Ann Koks olub. İllərlə ədalətdən kənar açıqlamaları ilə yadda qalan Koks yenidən gündəmə gəlib. Belə ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan Azərbaycan icması qızışdırıcı islamofob fikirlərinə görə Lordlar Palatasının üzvü Karolina Ann Koksun (Baronessa Koks) cəzalandırılmasını tələb edir. Bununla bağlı Britaniya Azərbaycan İcmasının sədri Fəridə Pənahovanın adından Britaniya Parlamentinin Standartlar üzrə Komitəsinin sədri Kristofer Con Brayanta müraciət ünvanlanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, müraciətdə Baronessa Koksun tvitləri “Azərbaycanın Qarabağ regionunda nifrətin qəsdən alovlandırılması” kimi qiymətləndirilib və Azərbaycan icmasının sülh prosesinə mane olan bu tvitlərdən və xəbərlərdən dərin narahatlığı ifadə edilib. Bildirilib ki, Lordlar Palatası üzvünün sağçı siyasətçilərin diqqətini cəlb etmək üçün bu cür bölücü taktikalara əl atması, xüsusən də dindən sui-istifadəsi və islamofobiyanı təbliğ etməsi təəssüf doğurur.
Baronessa Koksun tvitləri araşdırılmalıdır...
Müraciətdə Lordlar Palatasının demokratik dəyərlərin qorunmasında və cəmiyyətdə harmoniyanın təşviqində əsas rol oynadığı, amma Baronessa Koksun təhrik və ayrı-seçkilik çalarları ilə dolu mətnaltı tvitlərinin bu prinsiplərə uyğun gəlmədiyi vurğulanıb. Qeyd olunub ki, söz azadlığı, şübhəsiz ki, qorunmalı fundamental hüquqdur, lakin ondan nifrət, dözümsüzlük və ya islamofobiyanı qızışdırmaq üçün qalxan kimi istifadə etmək olmaz. Lordlar Palatası mötəbər institut kimi öz üzvlərinin söz azadlığı hüquqlarından qarşılıqlı anlaşma, əməkdaşlıq və dözümlülüyü təşviq edən tərzdə məsuliyyətlə istifadə etmələrini təmin etməlidir. Standartlar Komitəsinin belə davranışı aradan qaldırmaq üçün tədbirlər görməsinin zəruri olduğunu vurğulayan icma sədri bu tələbini “Lordlar Palatasının reputasiyasına kölgə salınması, onun ədalət və inklüzivlik prinsiplərinə sadiqliyinə xələl gətirilməsi” arqumentləri ilə əsaslandırıb: “Baronessa Koksun tvitlərinin ciddi nəticələrini nəzərə alaraq, Standartlar Komitəsindən bu məsələni hərtərəfli araşdırmasını rica edirəm. Onun hərəkətlərinin Lordlar Palatasının müəyyən etdiyi standartları və prinsipləri pozduğunu müəyyən etmək olduqca vacibdir. Üstəlik, mən komitəni Baronessa Koksa töhmət vermək və onu qınamaq kimi müvafiq tədbirlər görməyə çağırıram. Bu, Lordlar Palatasında belə davranışın qəbuledilməz olduğuna dəqiq aydınlıq gətirə bilər”.
Kimdir Koks?
Xatırladaq ki, 1982-ci ildən Lordlar Palatasının üzvü olan Baronessa Koks uzun illərdir ki, ermənipərəst mövqeyi ilə tanınır. Azərbaycan Xarici İşlər Nazirliyi “Dövlət sərhədləri haqqında” qanunu pozduğuna görə Baronessa Koksun adını “persona-non-qrata” siyahısına salıb. Baronessa Koks özünü dünyada insan haqlarının müdafiəçisi, məzlumların ucalan səsi kimi tanıtmağa səy göstərir. 1991-ci ildən Qarabağdakı konfliktlə maraqlanan və münaqişə zonasına səfərlər etməyə başlayan Koks müharibədən əziyyət çəkən, yurdundan qovulan, əsir düşən azərbaycanlıların taleyi ilə heç vaxt maraqlanmayıb - əksinə, əlinə düşən hər fürsətdə Azərbaycanı və Azərbaycan xalqını qaralayan, gözdən salmağa çalışan fikirlər səsləndirib, Ermənistan rəhbərliyinin və erməni lobbisinin yalanlarına uyğunlaşdırılan mövqedən çıxış edib. Onun anti-Azərbaycan fəaliyyəti təkcə ölkəmizə qarşı informasiya müharibəsi ilə məhdudlaşmayıb - Koks müharibə illərində Azərbaycan ərazilərini işğal edən, yerli əhaliyə amansız divan tutan, misli görünməmiş vəhşiliklər törədən erməni hərbçilərinə “humanitar” yardımların göstərilməsini də təşkil edib. Koksun insan haqları müdafiəçisi və siyasətçi kimi fəaliyyətinə qısa nəzər salmaqla onun Azərbaycana münasibətdə subyektiv və qərəzli yanaşmasının dərin köklərə malik olduğu açıq şəkildə özünü göstərir.
Koks Afrikada, Cənubi Asiyada dini separatizmi dəstəkləyib
Baronessa Koks yaradılmasında iştirak etdiyi bir sıra humanitar yardım və insan haqları təşkilatlarına rəhbərlik etməklə bərabər, keçmiş SSRİ alimi Andrey Saxarovun adını daşıyan və 2011-ci ilədək onun erməni mənşəli xanımının rəhbərlik etdiyi Fondun direktoru da olub. Baronessa Koksun fəaliyyətinin əsas ştrixləri isə islamafobiyaya əsaslanır - bunu təsdiq edən faktlardan biri və ən əsası Koksun 2009-cu ildə Lordlar Palatası qarşısında anti-islam xarakterli “Fitnə” filmini nümayiş etdirməsi üçün Niderlandın Azadlıq Partiyasının rəhbəri Geert Uayldersi İngiltərəyə dəvət etməsi olmuşdu. Ölkə qanunvericiliyinə uyğun olaraq, hökumətin həmin şəxsi ölkəyə buraxmaması Koksun sərt təpki və ittihamları ilə qarşılanmışdı. Eyni zamanda, Koks, uzun illər boyunca fəaliyyət göstərdiyi Nigeriya, Sudan və digər Afrika ölkələrindəki, Cənubi Asiyadakı münaqişələrə daha çox dini təəssübkeşlik mövqeyindən yanaşaraq, əksər hallarda dini-etnik separatizmi dəstəkləyib. Faktları saxtalaşdırmaqda, heç zaman baş verməyən hadisələri sanki dünən görübmüş kimi emosionallıqla təsvir etməkdə usta olan Koksun ermənilərə xidməti isə bu gün də davam etməkdədir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

