Türkiyə-Azərbaycan Konfederasiyasının yaradılması ideyasının real əsasları yoxdur
07.09.2011 [10:56]
“Konfederasiya tipli dövlətlərin yaranması artıq tarixdə qalıb. Bu gün dünyada proseslər o istiqamətdə hərəkət edir ki, ölkələr bu və ya digər təşkilatda birləşə bilirlər”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Türkiyə-Azərbaycan Konfederasiyasının yaradılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.
B.Muradova qeyd edib ki, bir sıra dövlətlər müəyyən təşkilat daxilində fəal əməkdaşlıq edirlər və Avropa İttifaqı buna bir nümunədir. Onun sözlərinə görə, regionumuz üçün buna bənzər “Qafqaz evi” ideyası ortaya atılsa da, münaqişələr səbəbindən bu ideya reallaşa bilmədi.
Vitse-spiker bildirib ki, bu gün dünya dövlətləri konfederasiya quruluşu yaratmağa maraqlı görünmürlər. Digər tərəfdən, Azərbaycan uzun illər öz müstəqilliyini əldə etmək istəyib. Artıq Azərbaycan müstəqil dövlətdir və bu müstəqilliyinin bərpasının 20 illik yubileyini qeyd etməyə hazırlaşır. B.Muradovanın fikrincə, əldə etdiyimiz nailiyyətlərə görə ilk növbədə müstəqilliyimizə borcluyuq.
“Bu mənada Türkiyə ilə bizim münasibətlərimizdə hansısa yenilik axtarmağa ehtiyac görmürəm. Türkiyə tərəfindən də belə təşəbbüs ortada yoxdur, mən buna rast gəlməmişəm. Belə bir müzakirələr sadəcə, ideya müzakirələri kimi qəbul oluna bilər. Demokratik cəmiyyət yalnız ona görə demokratik cəmiyyət adlanmır ki, orada seçkilər demokratik keçirilir və güclülər qalib gəlir. Belə cəmiyyət, həm də ona görə demokratik adlanır ki, orada az sayda insanların qəbul edəcəyi fikirlər daha çoxsaylı insanlar tərəfindən müzakirə oluna bilər və nəticə də çoxluğun qərarı ilə müəyyən edilir. Bu səbəbdən mən bütün bunları yalnız ideya müzakirəsi kimi qəbul edirəm. Düşünmürəm ki, bu məsələnin real əsasları var. çünki Azərbaycanla Türkiyə strateji müttəfiq, qardaş dövlətlərdir. Bizim bir çox maraqlarımız, hədəflərimiz eynidir və bunlara doğru fəaliyyətimizdə də uyğun mövqelərdən çıxış edirik. Belə bir məqamda bu məsələni ortaya atıb sonradan onun ətrafında başqa notlu fikirləri səsləndirmək düzgün olmazdı. Əgər nə vaxtsa, region üçün Avropa İttifaqı kimi əhəmiyyətli bir birlik yaranması ideyası gündəmə gələrsə və bu, Azərbaycanla Türkiyə üçün maraqlı görünə bilərsə, həmin məsələyə baxa bilərik. Amma hal-hazırda dünyanın, bütün ölkələrin imtina etdiyi dövlət formasına yenidən qayıtmağa lüzum görmürəm” - deyə B.Muradova vurğulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25

