Ermənistanın növbəti ekoloji terroru
13.07.2023 [11:24]
İrəvan təhlükəli praktikadan əl çəkməlidir
Günel ABBAS
Ermənistanın son 30 ildə Azərbaycana qarşı apardığı təcavüzkar siyasət yalnız işğal faktı ilə məhdudlaşmayıb. Bu ölkənin işğal altındakı ərazilərimizdə törətdiyi ekoloji terrorun miqyası da ölçüyəgəlməzdir. Bunun nəticəsində, ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su ehtiyatlarına, fauna və florasına da ciddi ziyan vurulub. 30 il işğal altında saxlanılmış ərazilərdə qiymətli sərvətlər talanıb, Ermənistana daşınıb, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb və satılıb. Təssüfləndirici haldır ki, ekoloji terror hələ də davam etməkdədir. Ermənistan özünün təxribatçı əməllərindən əl çəkmək istəmir və beynəlxalq konvensiyaları pozur. Bu ölkə Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşası layihəsini həyata keçirməklə beynəlxalq sənədlərin müddəalarını pozur, bölgənin ekoloji tarazlığına ziyan vurur.
Təbii ki, bu kimi faktlar həm dövlətimizin, həm də yerli qeyri - hökumət təşkilatlarının diqqətindən yayınmır. Bununla bağlı, mütəmadi olaraq, beynəlxalq təşkilatlara müraciətlər ünvanlanır, yeri gələndə ali kürsülərdən məsələ ilə bağlı çağırışlar edilir. Məsələ ilə bağlı iyunun 8-də Bakıda ekoloji yönümlü QHT-lər yeni fəlakətlərə yol aça biləcək bu layihə əleyhinə birgə bəyanat səsləndiriblər. Azərbaycanlı ekoloqlar bu layihə ilə ABŞ dövlətinə və Ermənistan ekoloqlarına da çağırış ünvanlayıblar.
Azərbaycandan çağırış...
Bundan əlavə iyunun 29-da bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bəyanat yayıblar. Bir müddət öncə isə 30-a yaxın Qeyri Hökumət Təşkilatları Ermənistan Baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıblar. Bildiriblər ki, Ermənistan dağ-mədən sənayesindəki qanunsuz işləri dayandırmalıdır.
Məsələ dövlətimizin də diqqət mərkəzindədir. Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Dövlətimizin başçısı hüquqi yollarla Ermənistanı bu təhlükəli praktikadan əl çəkməyə çağırıb.
Zavodun tikintisi də dayandırılmalıdır
“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, Ermənistanda aparılan dağ-mədən sənayesi işləri heç bir ekoloji norma gözlənilmədən həyata keçirilir: “Bu da ətraf-mühitə ciddi şəkildə ziyan vurur. Biz buna ekoloji terror deyə bilərik. Çünki illərdir Ermənistan tərəfindən çaylarımızın çirkləndirilməsi, torpaq ekosisteminin məhvi və insanların sağlamlığını təhdid altına alan içməli su ehtiyyatlarının zəhərləndirilməsi prosesi aparılır. Hazırda bu proses bir qədər daha geniş vüsət alıb. Ünvanladığımız məktubda qeyd olunan 12 faktdan da göründüyü kimi, bir çox çaylar ağır metal tullantıları ilə çirkləndirilir. Hətta bu yaxınlardan aldığım məlumata görə, Ermənistanın yerli təşkilatları da bizim məktubda qeyd olunanları dəstəkləyib. Arazdəyəndə tikilməsi nəzərdə tutulan zavod isə ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə ziddir. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. Eyni zamanda, bu fəaliyyət içməli su təchizatına təsir göstərir və hətta sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Beləliklə, bu müəssisə həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ekoloji böhran vəd edir və buna görə də zavodun tikintisi də dayandırılmalıdır”.
İnsanların sağlamlığını riskə atır
“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədovun sözlərinə görə, məktubu imzalayan vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ekoloji norma və standartların kobud şəkildə pozulmasından, Ermənistanın bu fəaliyyətinin ətraf mühitə mənfi təsir göstərəcəyindən dərin narahatlıq keçirir: “Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının da ölkədə genişlənən ekoloji problemlərlə bağlı artan həyəcanını diqqətlə izləyir, onların da dərin narahatlığını bölüşürük. Davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan insanların sağlamlığını riskə atır. Buna görə də, beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılmasını tələb edirik”.
Xəzər dənizi hövzəsi üçün ciddi təhlükə...
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir: “BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusən “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz Su və Sanitariya” ilə bağlı 6-cı, “Məsuliyyətli İstehsal və İstehlak” üzrə 12-ci, “İqlim Dəyişikliyinin Fəsadlarına qarşı Mübarizə”yə dair 13-cü, “Torpaq Ekosisteminin Mühafizəsi” üzrə 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxış edir. Eyni zamanda, bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur”.
A.Məmmədov qeyd edib ki, məktubda sadalanan 12 fakt hələ törədilmiş ekoloji fəlakətlərin görünən hissəsidir, ictimaiyyətdən gizlədilən faktlar daha çoxdur: “Təsadüfi deyil ki, bir müddət öncə Ermənistanda fəaliyyət göstərən 60-dan çox vətəndaş cəmiyyəti təşkilatı müraciət ünvanlayaraq xəbərdarlıq ediblər ki, Amuldağ (Amulsar) mədəninin işi ətraf mühitə böyük ziyan vuracaq və buna görə də Ermənistan hakimiyyəti onun fəaliyyətini bərpa etmək qərarını ləğv etməli, prokurorluq isə mədənin ətraf mühitə təsiri ilə bağlı ekspertizanın nəticələrini yoxlamalıdır. Bu mənada Ermənistandakı mədənlərdə hasilat ilə məşğul olan bütün maraqlı tərəfləri, xarici şirkətləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa və onları əməliyyat təcrübələrinə inteqrasiya etməyə çağırırıq. Yataqda kəşfiyyat işlərinə və hasilat sənayesinə investisiya qoyanları hansı ekoloji fəlakəti yaratdıqlarının fərqində olmağa, məsuliyyətli davranmağa dəvət edirik”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30

