Bu il cənub bölgəsində 4 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır
07.02.2025 [23:37]
Yeni məktəblərin tikilib istifadəyə verilməsi daha çox şagirdin təhsil alma imkanlarını genişləndirir. Xüsusilə əhalinin sıx yaşadığı bölgələrdə bu addım uşaqların daha yaxşı təhsil mühitində yetişməsinə və keyfiyyətli bilik əldə etməsinə müsbət təsir göstərir. Bəs, görəsən, bu il Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üçün neçə yeni binanın tikintisi nəzərdə tutulur?
Lənkəran-Astara Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq bildirilib ki, idarənin tabeliyindəki təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi əsas prioritetləri arasındadır. Belə ki, idarənin tabeliyində 536 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 7 təhsil müəssisəsində cari, 5 təhsil müəssisədə əsaslı təmir işləri aparılır, eləcə də 18 təhsil müəssisəsində tikinti işləri (bina və qazanxana) icra edilir. Növbəti tədris ili üçün 80-ə yaxın təhsil müəssisəsində cari və əsaslı təmir işlərinin aparılması və tamamlanması planlaşdırılır. Bu tədris ilinin başlanğıcında 3 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta məktəbləri tikilib, Lənkəran rayonu Çay fabriki qəsəbə tam orta məktəb üçün isə uyğunlaşdırılmış konteyner tipli bina istifadəyə verilib.
“Bu il isə Lənkəran rayonunun Viyən kənd, Astara rayonunun Sərək və Şümrüd kənd, Lerik rayonunun Cəngəmiran kənd məktəblərinin tikilib istismara verilməsi planlaşdırılır”, - deyə bildirilib.
Qeyd edək ki, idarə üzrə 60-a yaxın təhsil müəssisəsinin istilik sistemi qazla işləyən mərkəzləşdirilmiş istilik sistemi ilə əvəzlənib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

