Agentlik: İxrac boru kəmərlərinin təhlükəsiz fəaliyyəti tam təmin olunub
25.06.2025 [20:47]
2025-ci ilin birinci yarımilinə dair “İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyəti ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) geniş tərkibdə iclas keçirilib.
Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bp, SOCAR və agentliyin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən agentliyin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisi polkovnik Nail Dadaşov bildirib ki, SOMDA tərəfindən mühafizəsi təmin edilən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsiz fəaliyyəti ötən dövrdə tam təmin olunub, hər hansı təxribat və ya kənar müdaxilə faktı qeydə alınmayıb. Tədbirlər Planının müddəalarının icrası davamlı şəkildə nəzarətdə saxlanılıb.
İclas zamanı 2025-ci ilin ötən dövründə görülmüş işlər təhlil edilib, cari vəziyyət dəyərləndirilib, həmçinin yaxın perspektiv üçün prioritet istiqamətlər müəyyən olunub. Aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən əməliyyat şəraitindəki dəyişikliklər, təhlükəsizlik riskləri və digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.
İclasın sonunda Tədbirlər Planının icrası üzrə koordinasiyanın gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

