Sumqayıt əhalinin ümumi dispanserləşdirilməsi aksiyasında fəal iştirak edir
05.03.2014 [09:46]
Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın digər şəhər və rayonlarında olduğu kimi, Sumqayıtda da əhalinin dispanserləşdirilməsi uğurla davam edir. Şəhər sakinləri dövlət başçısının bu humanist təşəbbüsünü böyük minnətdarlıqla qarşılayır, onu hər bir vətəndaşın sağlamlığına diqqət və qayğıkeş münasibət kimi qiymətləndirirlər.
AzərTAc xəbər verir ki, Sumqayıt sakinlərinin profilaktik müayinəsinin təşkil edildiyi tibb müəssisələri arasında 1 nömrəli şəhər xəstəxanası da var. Bu tibb müəssisəsində həkim briqadaları hər gün saat 9.00-dan 17.00-dək şəhərin idarə, müəssisə və təşkilatlarının işçilərini qrafikə uyğun qaydada qəbul edirlər.
Baş həkim Nazim Hüseynquliyevin sözlərinə görə, xəstəxanada artıq 8659 nəfər dispanserləşdirmədən keçib. Profilaktik müayinə zamanı 338 nəfərdə müxtəlif xəstəliklər aşkar edilib, 87 nəfər xəstəxanaya yerləşdirilib, 950 nəfər isə ambulator müalicəyə göndərilib.
Sumqayıt Şəhər Təmizlik Departamentinin mühəndisi Ceyhun Məmmədov müəssisə əməkdaşlarının ümumi rəyini ifadə edərək deyib: “Biz bu humanist kampaniyanın keçirilməsi səviyyəsindən çox razıyıq. Həkimlərin öz vəzifələrinə məsuliyyətlə yanaşması, tibb işçilərinin qayğıkeşliyi, diaqnostika kabinetlərinin dəqiq işləməsi, profilaktik müayinə prosesinin sakit və rahat şəraitdə aparılması hamımıza xoş gəlir. Biz insanların sağlamlığının qorunmasına xidmət edən bu aksiyaya görə dövlət başçısına minnətdarıq”.
Şəhər səhiyyə şöbəsinin müdiri, tibb elmləri namizədi Ələkbər Tağıyev qeyd edib ki, fevralın 17-dən bu günədək 59670 sumqayıtlı profilaktik müayinədən keçib. 96607 xüsusi diaqnostik müayinə aparılıb. Müayinə zamanı 334 nəfər stasionar müalicəyə cəlb edilib, 8191 sumqayıtlı isə ambulator müalicəyə göndərilib.
7 nömrəli orta məktəbin direktoru Təranə Haqverdiyeva deyib: “Xalqımızın gələcəyi onun sağlamlığından və təhsilindən asılıdır. Bu iki sahəyə böyük diqqət yetirdiyinə görə Prezidentə səmimi təşəkkürümü bildirirəm. Bu gün ölkədə elə bir region yoxdur ki, orada müasir tibb müəssisələri olmasın”.
O qeyd edib ki, son illər Sumqayıtın ucqar yaşayış massivlərində və ona bitişik qəsəbələrdə tez-tez səyyar ambulatoriya günləri keçirilir, Bakıda fəaliyyət göstərən tanınmış tibb müəssisələrinin kollektivləri də Sumqayıta gələrək əhaliyə tibbi xidmət göstərirlər. T.Haqverdiyeva deyib: “Bütün bunlar dövlətin öz vətəndaşlarının sağlamlığına göstərdiyi diqqətin parlaq təzahürüdür”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00

