“Nurgün Motors” 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirib
03.06.2014 [09:05]
“Nissan” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru “Nurgün Motors”un təşkilati dəstəyi ilə 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” devizi altında tədbir keçirilib. 46 saylı Məktəbəqədər Tərbiyə İşi Mərkəzində keçirilən və Azərbaycan Respublikası DİN Baş DYP İdarəsi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, eləcə də orta ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri, valideynlər, KİV nümayəndələrinin qatıldığı tədbirdə paytaxtın bir sıra rayonlarından 100-dən artıq şagird iştirak edib. Mərkəzin uşaq avtoşəhərciyi bayraqlar, şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları, şar və güllərlə bəzədilib, xüsusi ayrılan guşələrdə isə uşaqların yaradıcılıq işlərini əks etdirən müxtəlif nümunələr sərgilənib. Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və ictimaiyyətin diqqətinin yolda uşaqların təhlükəsizliyi məsələlərinə yönəldilməsi məqsədilə keçirilən tədbirdə müxtəlif viktorinalar təşkil olunub, uşaq kollektivlərinin ifasında rəqs nömrələri göstərilib. Həmçinin, balaca rəssamlar molbert və asfalt üzərində “Yol hərəkəti qaydaları və mən!” mövzusunda rəsmlər çəkiblər. Daha sonra uşaqlar tədbirin şüarı əks olunan bannerlə yaxınlıqdakı Səməd Vurğun adına küçədə aksiya keçiriblər. Bannerlə yolun hərəkət hissəsinə çıxan uşaqlar “Nurgün Motors” tərəfindən hazırlanan uşaqlar üçün yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici kitabçaları və uşaqları üçün hədiyyələri sürücülərə təqdim ediblər.
Təşkilatçılar tərəfindən, həmçinin, uşaqlara və onların valideynlərinə yol hərəkəti qaydalarının daha yaxşı qavranılmasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olunub.
SƏlim
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18

