Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bizim dünyada tayı-bərabəri olmayan gözəl Vətənimiz var

Bizim dünyada tayı-bərabəri olmayan gözəl Vətənimiz var

15.08.2014 [10:21]

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Quba-Qusar-Xaçmaz marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən ağstafalı şagirdlər avqustun 13-də gecə saatlarında rayona qayıdıblar.
AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər qarşılayıblar.
Qrupun rəhbəri İmran Nəsibov tur-aksiya haqqında məlumat verərək deyib: “Dördgünlük ekskursiyamız çərçivəsində gəzdiyimiz və ilk dəfə gördüyümüz yerlər şagirdlər üçün çox maraqlı idi. Bu səyahət onlarda doğma Vətənə olan məhəbbəti qat-qat artırdı. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk”.
Ağstafa şəhərindəki texniki-humanitar liseyin XI sinif şagirdi İmamverdi Aslanov ölkənin şimal bölgəsinə ekskursiyanın yekunu ilə bağlı təəssüratlarını bu sözlərlə ifadə edib: “Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri ilə böyük maraqla tanış oldum, görməli yerlərini gəzdim. Bu tur-aksiya zamanı bir daha əmin oldum ki, bizim dünyada tayı-bərabəri olmayan, hər guşəsi cənnətə bənzəyən gözəl Vətənimiz var”.

Paylaş:
Baxılıb: 1049 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30