/ / Heydər Əliyev Fondu müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxlayır
Heydər Əliyev Fondu müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxlayır
16.09.2014 [09:41]
Bütün ölkə ərazisində olduğu kimi, Bakının Nərimanov rayonunda da “Bilik Günü” geniş qeyd edilib.
Tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə ediblər.
AzərTAc xəbər verir ki, keçirilən silsilə tədbirlər çərçivəsində yeni dərs ilinin başlanması və “Bilik Günü” ilə əlaqədar rayon ərazisində yerləşən kor və zəif görənlər üçün 5 nömrəli respublika internat məktəbində tədbir keçirilib.
Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının rəhbərliyi, Milli Məclisin deputatları, Təhsil Nazirliyinin nümayəndəsi, məktəbin müəllim-şagird kollektivləri və valideynlər iştirak ediblər.
Məktəbin direktoru Namidar Hüseynquliyev ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb. A.Fərzəliyev, həmçinin Azərbaycan dövlətinin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.
Tədbirdə digər çıxış edənlər də Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda, şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi sərf etdiyi əməyə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Natiqlər fiziki məhdudiyyətləri olan uşaqlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.
Sonda Heydər Əliyev Fondunun internat məktəbin şagirdlərinə hədiyyələri - 80 şagirdə məktəbli çantası, məktəb ləvazimatları, 40 aztəminatlı şagirdə məktəbli forması təqdim edilib.
Daha sonra Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyi və Milli Məclisin deputatları 207 nömrəli orta məktəbdə Bilik günü ilə bağlı keçirilən tədbirdə olublar.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev “Bilik Günü” münasibətilə məktəbin müəllim və şagirdlərini təbrik edib. A.Fərzəliyev yeni tədris ilində şagirdlərə dərslərində uğurlar arzulayıb.
Qeyd edək ki, 2013-2014-cü tədris ilində Nərimanov rayonu üzrə məktəbləri bitirənlərin sayı 3971 nəfər olub. Beş şagird məktəbi qızıl medalla bitirib. 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı toplayan şagirdlərin sayı 65, bunlardan 650 baldan yuxarı toplayan şagirdlərin sayı 16 nəfərdir. İki nəfər isə Prezident təqaüdünə layiq görülüb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56

