Binəqədi rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib
18.10.2014 [11:07]
Oktyabrın 16-da Binəqədi rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Hüseynbala Mirələmov, Rəfael Cəbrayılov, Madər Musayev, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayonun ziyalıları və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Binəqədi RİH başçısı və qonaqlar Ulu öndər Heydər Əliyevin Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasındakı akt zalında gerçəkləşən tədbirdə tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun qələmə aldığı “Xəcalət” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş etdirilib. Azərbaycan Akademik Milli Dram Teatrı kollektivinin ifasında göstərilən, vətənpərvərlik, dövlətə və xalqa sədaqət ruhunu tərənnüm edən tamaşada insan mənəviyyatının hər şeyin fövqündə olduğu ifadə olunub, həmçinin, Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara, qətliamlara məruz qoyması bədii obrazların dili ilə canlandırılıb. Tamaşa ölkəmizin ərazi bütövlüyünün istənilən yolla təmin edilməsi, Vətənə, dövlətə, xalqa sədaqət və məhəbbət ruhunu ifadə edən fikirlərlə yekunlaşıb. Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların dövlətə və millətə sədaqət ruhunda formalaşdırılmasına istiqamətləndirilmiş tədbirlərdən biri kimi bu tamaşanın da nümayişi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tamaşa yekunlaşdıqdan sonra Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək dövlət müstəqilliyinin bərpa olunmasının 23 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Tamaşanın tərbiyəvi baxımdan əhəmiyyətli olduğunu vurğulayan RİH başçısı, bu gün ölkə müstəqilliyinin gerçək təminatçısı olan Prezident İlham Əliyevin yorulmaz fəaliyyətini qeyd edib. X.İsgəndərovun çıxışında təbii sərvətlərlə zəngin olan bir sıra ölkələrdə hökm sürən xaosa, müstəqilliyin formal olmasına toxunulub, bunun fonunda Azərbaycanın sözün həqiqi mənasında müstəqil dövlət kimi möhkəmlənməsinin Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü, ən əsası, dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdığı xüsusi vurğulanıb.
Bayram tədbiri əsərin müəllifi - yazıçı, millət vəkili Hüseynbala Mirələmovun çıxışı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45

