/ / IDEA İctimai Birliyi “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu alıb
IDEA İctimai Birliyi “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu alıb
28.11.2014 [09:44]
Dünya Vəhşi Təbiət Fondu (WWF) IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinə Beynəlxalq “Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu verib.
Bu barədə AzərTAc-a IDEA İctimai Birliyindən məlumat veriblər. Məlumatda deyilir ki, “Yer saatı” kampaniyası ilk dəfə Dünya Vəhşi Təbiət Fondu tərəfindən 2007-ci ildə Avstraliyada başladılıb. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir.
“Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər.
Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab edilir. Bununla əlaqədar “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi qabardılır.
Hər il mart ayının son şənbə günündə qeyd olunan “Yer saatı” kampaniyasına beynəlxalq ictimaiyyət tərəfindən diqqətin artırılması müşahidə olunur. Bunun nəticəsi olaraq 2014-cü ildə dünyanın 162 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulub.
Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində IDEA İctimai Birliyi “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmək hüququ əldə edib.
IDEA İctimai Birliyi 2015-ci il martın 28-də Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət təşkilatları və özəl qurumlar, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir (info@ideacampaign.org, tel. 497-6316).
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51

