Naxçıvanda sosial qayğıya ehtiyacı olan vətəndaşlara minik avtomobilləri təqdim olunub
25.12.2014 [09:29]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli sosial-iqtisadi inkişaf mərhələsinə yüksəlib. Ölkə həyatının bütün sahələrində əldə olunan inkişaf və tərəqqi əhalinin rifahının yaxşılaşmasına və sosial problemlərinin həllinə stimul verib. İnsana qayğını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirən Azərbaycan Prezidenti tərəfindən bu sahədə də kompleks islahatlar həyata keçirilir. Son 10 ildə müharibə veteranlarının, sosial qayğıya ehtiyacı olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların minik avtomobilləri ilə təmin olunması da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, dekabrın 24-də Naxçıvan şəhərində Azərbaycan Vətən müharibəsi iştirakçılarına, 1941-1945-ci illər müharibəsi veteranlarına və müharibə əlilinə bərabər tutulan şəxslərə 29 ədəd “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək deyib ki, ölkəmizdə məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası, onların tibbi və sosial reabilitasiyasının təşkili üçün məqsədyönlü tədbirlər həyata keçirilir. 2014-cü ildə bu istiqamətdə bir sıra işlər görülüb, 189 nəfərin Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 277 uşağın Uşaq Bərpa Mərkəzində müalicəsi təşkil edilib, 6 nəfər Yunanıstan Respublikasına, 6 uşaq Latviya Respublikasına, 15 uşaq isə Gürcüstanın Acarıstan Muxtar Respublikasına müalicəyə göndərilib. Bununla yanaşı, müvafiq dövr ərzində 133 nəfər müxtəlif sanatoriya və pansionatlara göndərişlərlə təmin edilib, 181 nəfərə protez-ortopedik xidmət göstərilib, 245 nəfərə isə texniki bərpa vasitələri verilib. Bu dövrdə məhdud fiziki imkanlıların məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb, bu kateqoriyadan olan 60 nəfər minik avtomobili, 2 nəfər isə fərdi yaşayış evi ilə təmin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni avtomobillərlə təmin olunanları təbrik edərək deyib: “Ölkəmizdə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə inkişafa nail olunmuşdur. Yaradılan şərait ölkə vətəndaşlarının hərtərəfli qayğı ilə əhatə olunmasına, eləcə də Vətən qarşısında borclarını layiqincə yerinə yetirən insanlara lazımi dövlət qayğısının göstərilməsinə imkan verir. Bu gün muxtar respublikada 16 nəfər Böyük Vətən müharibəsi veteranının, 9 nəfər Azərbaycan Vətən müharibəsi iştirakçısının və bunlara bərabər tutulan 4 şəxsin avtomobillərlə təmin olunması da ölkəmizdə insan amilinə verilən qiymətin və bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısının daha bir ifadəsidir”.
Ali Məclisin sədri deyib: “Bu gün avtomobillərlə təmin olunanlar həm Böyük Vətən müharibəsində, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı müharibədə iştirak edərək sağlamlıqlarını itirmiş, Vətən qarşısında öz borclarını layiqincə yerinə yetirmiş insanlardır. Ona görə də dövlətimiz tərəfindən bu kateqoriyadan olan vətəndaşlara hərtərəfli qayğı göstərilir, onların rahat hərəkətinin təmin olunması, sağlamlıqlarının qorunması, mənzil şəraitlərinin yaxşılaşdırılması, eləcə də təqaüdlərinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bütün bunlar da Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin və ölkəmizin iqtisadi gücünün göstəricisidir”.
Ali Məclisin sədri avtomobillərlə təmin olunanları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb.
Sonra Ali Məclisin sədri avtomobillərin açarlarını təqdim edib.
Avtomobillərlə təmin olunanlardan Kəmaləddin Səfərli, Ələsgər Vəlibəyov, Yusif Əlverdiyev və Aslan Dadaşov minnətdarlıq edərək deyiblər ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan daha xoş günlərə qovuşur. Ölkəmizdə insan amilinə yüksək qiymət verilir, vətəndaşların sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud insanlar da dövlətimizin qayğısı əhatəsindədir. Yaradılan şərait hər bir vətəndaşda qurub-yaratmaq hissini gücləndirir, onlar Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşirlər.
Avtomobillərin təqdimatının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günündə keçirilməsinin onlar üçün ikiqat bayram olduğunu bildirən tədbir iştirakçıları dövlət başçısına minnətdarlıqlarını və təbriklərini çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

