“Azercell” növbəti dəfə TEDx konfransına dəstək oldu
21.04.2015 [10:01]
18 il ərzində uğurlu sosial layihələr həyata keçirən, bir sıra konfranslara, tədbirlərə dəstək olan Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” bu ənənəni uğurla davam etdirməkdədir. Ölkədə müxtəlif sosial sahələrin inkişafına yönəlmiş bir sıra layihələrlə yanaşı, gənclər üçün elm, təhsil istiqamətində həyata keçirilən layihələr də şirkətin ən önəmli təşəbbüslərindən biridir. Bunlar arasında Azərbaycanın aparıcı ali təhsil ocaqlarında “Azercell”in təşəbbüsü ilə çalışan 3G və 4G laboratoriyaları, elektron təhsil otaqları, tələbələr üçün müxtəlif təcrübə və təqaüd proqramları, “Nə, Harada, Nə zaman?” intellektual televiziya oyununa dəstək, nəhayət, şirkətin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində keçirilən saysız uğurlu layihələr aiddir. Şirkətin bu sahədə atdığı növbəti addım isə aprelin 18-də Bakı Caz Mərkəzində (BakuJazz Center) keçirilən TEDx Bakı “Yaddaş” tədbirinə dəstəyi olub. Azərbaycanda keçirilən builki TEDx Bakı konfransına 200-dən artıq iştirakçı qatılıb. Mövzusu “Yaddaş” olan tədbirdə 8 spikerlə yanaşı, “Azercell”in əməkdaşı İmran Bağırov da çıxış edərək, tamaşaçılara müştəri təcrübəsi mövzusunda maraqlı təqdimat nümayiş etdirib.
Şirkətdən verilən məlumatda qeyd olunur ki, 30 ildir ki, dünya alimlərini, siyasətçilərini, sahibkarlarını, mədəniyyət xadimlərini və onlarla digər ixtisas sahiblərini bir arada birləşdirən TED (Texnologiya, Əyləncə, Dizayn) adlı konfrans ilk dəfə 1984-cü ildə baş tutub. İlk TED konfransında yenicə buraxılmış “Macintosh” kompüteri, “Sony” istehsalı olan kompakt-disk təqdim olunub, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olub. Bu günə qədər TED səhnəsində ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Nobel mükafatçısı James Watson, “Microsoft”dan Bill Qeyts, “Google”dan Eric Şmidt kimi spikerlər çıxış ediblər.
Məlumatda, həmçinin, qeyd olunur ki, “Azercell” bundan sonra da ölkəmizdə gənclərin inkişafına yönəlmiş sosial layihələri həyata keçirməkdə davam edəcək.
Səlim
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43

