Ulu öndərin Vətən, xalq qarşısında tarixi xidmətləri misilsizdir
07.05.2015 [10:16]
Mayın 6-da Bakı Dövlət Universitetində (BDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları dahi rəhbər Heydər Əliyevin bu ali məktəbdəki büstünün önünə əklil və gül dəstələri qoyub, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Ulu öndər, qüdrətli şəxsiyyət Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb.
Heydər Əliyev siyasətinin əhəmiyyətini vurğulayan rektor Ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Qeyd edilib ki, Ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycanda və dünyanın digər ayrı-ayrı ölkələrində çox önəmli tədbirlər keçirilir. Xalqımız öz dahi rəhbərinə, xilaskar oğluna sonsuz sevgi və məhəbbətini ifadə edir. Ölkəmizin çox sürətlə inkişaf etdiyini diqqətə çatdıran rektor deyib ki, Azərbaycanda qazanılan bütün nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrələridir.
A.Məhərrəmov bildirib ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəlib. Bu gün ölkəmiz möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var. Azərbaycan xalqı xoşbəxtdir ki, onun dahi şəxsiyyət Heydər Əliyev kimi Ümummilli lideri var!
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov müasir müstəqil dövlətimizin qurulmasında, möhkəmlənməsində və dünyaya tanınmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib.
1988-1992-ci illərdə Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırladan Ə.Əhmədov 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin bu təhlükədən xilas olduğunu, böyük inkişaf yoluna çıxdığını bildirib.
Vurğulanıb ki, Azərbaycanın dinamik inkişafını təmin edən uğurlu islahatların həyata keçirilməsi Ümummilli liderin adı və fəaliyyəti ilə bağlıdır. Dahi rəhbər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş neft strategiyası Azərbaycanın həm iqtisadiyyatına, həm də ölkənin geosiyasi mövqelərinin möhkəmlənməsinə öz töhfəsini verib və verir.
Ulu öndər Heydər Əliyev siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirən Baş nazirin müavini vurğulayıb ki, bu gün Azərbaycan təkcə iqtisadi inkişafı ilə deyil, həm də sabitliyi ilə dünyanın diqqətini özünə cəlb edən ölkələrdən biridir. Dahi rəhbər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamını xatırladan Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan dünyaya günəş kimi doğub.
Akademik Vasim Məmmədəliyev, professor Abuzər Xələfov Ümummilli lider Heydər Əliyev dühasının böyüklüyündən, siyasətinin uğurlu nəticələrindən danışıblar. Vurğulanıb ki, Ulu öndər Heydər Əliyev bütün türk dünyasının böyük şəxsiyyətidir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

