“Azercell”in növbəti bölgə Tələbə Proqramına start verilib
09.12.2015 [09:46]
Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” bölgələrimiz üçün nəzərdə tutulan növbəti Tələbə Proqramına start verib. Azərbaycanın regionlarında yerləşən universitetlərdə təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını yaradan bu proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin inkişaf etməsinə və peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqram çərçivəsində “Azercell” əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Mingəçevir Dövlət Universitetində təqdimatlar keçirilib, eləcə də Naxçıvan və Lənkəran Dövlət universitetlərində proqram haqqında tələbələrə geniş məlumat verilib. 400-dən çox tələbənin iştirak etdiyi təqdimatlarda Tələbə Proqramı ilə bağlı suallar cavablandırılıb. Şirkət nümayəndələri tərəfindən məlumat verilib ki, proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonunadək “Azercell” tərəfindən xüsusi təqaüd alacaqlar. Bununla yanaşı, seçilən tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Dekabr ayı boyunca proqramla bağlı “Azercell” əməkdaşlarının ölkənin digər bölgələrində də təqdimatlar keçirəcəyi planlaşdırılır.
Şirkətdən verilən məlumatda həmçinin qeyd olunur ki, Tələbə Proqramına müraciət etmək üçün şirkətin rəsmi səhifəsinin Karyera bölməsindəki(http://www.azercell.com/az/company/career/development_oportunities/) “Bölgə Tələbə Proqramı 2015” səhifəsinə daxil olmaq lazımdır. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir. Müraciətlərin son qəbul tarixi - 11 dekabr 2015-ci ildir.
Qeyd edək ki, Tələbə Proqramı tələbələrə 2008-ci ildən etibarən təqdim olunur və bu günədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan onlarla tələbə “Azercell”in Tələbə Proqramının qalibləri adını qazanıblar. Ötən ildən etibarən isə “Azercell” artıq ölkəmizin müxtəlif bölgələrində Tələbə Proqramı layihəsini həyata keçirir.
Səlim
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00

