Əfqanıstanın Azərbaycandakı səfiri Qafqaz Müsəlmanları İdarəsində olub
18.12.2015 [10:08]
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili ilə görüş keçirilib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Əfqanıstan xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb, əlaqələrin inkişaf etdirilməsi arzusunda olduğunu bildirib və səfirə bu istiqamətdə fəaliyyətində uğurlar arzulayıb. Əfqan xalqının mərd, imanlı olduğunu vurğulayan QMİ sədri bu xalqa öz müqəddəratının həllində, sülh, sabitlik və rifaha qovuşmaqda uğurlar diləyib.
Səfir şeyxülislamın təkcə Azərbaycanda və bölgədə deyil, bütövlükdə İslam aləmində tanınmış şəxsiyyət olduğunu və onunla görüşə böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, əfqan xalqı da QMİ sədrinə ehtiram bəsləyir və onun uzun onilliklər boyu mötəbər beynəlxalq tədbirlərin tribunasından əfqan xalqının problemlərini xatırlatmasını, dünya ictimaiyyətinin diqqətini bununla bağlı məsələlərə yönəltməsini yüksək dəyərləndirir. Səfir ölkəsinin beynəlxalq terror təşkilatlarının əməllərindən xeyli əziyyətlərə düçar olduğunu qeyd edərək, əhali arasında məzhəblərarası münaqişənin yaşanmasına yol verməmək üçün göstərilən səylərdən söhbət açıb.
Azərbaycanda mövcud multikultural dəyərləri, dinlər, məzhəblərarası münasibətlərdə hökm sürən tolerantlıq, qarşılıqlı ehtiram mühitini gözəl örnək kimi qiymətləndirən səfir bu işdə şeyxülislamın da böyük rolunun olduğunu xatırladıb. O, Əfqanıstanın mötəbər din xadimlərinin Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqələrinin qurulmasının vacibliyini vurğulayaraq, bu işdə səfir kimi əlindən gələni əsirgəməyəcəyini deyib.
Şeyxülislamın iqamətgahında keçirilən iftar mərasimində iştirakını məmnunluqla xatırlayan əfqanıstanlı səfir orada səsləndirilən fikirlərin bütün müsəlmanlar üçün önəm kəsb etdiyini bildirib. Azərbaycanda fəaliyyətdə olduğu bir il ərzində QMİ tərəfindən keçirilən konfrans və tədbirləri yaxından izlədiyini, AMEA ilə birgə keçirilən tədbirdə şəxsən iştirak etdiyini qeyd edən diplomat Azərbaycanın dini mərkəzinin İslam maarifçiliyi, İslam həmrəyliyi və dini-mənəvi dəyərlərin qorunması istiqamətində səylərini yüksək qiymətləndirdiyini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11

