Mingəçevir məktəbliləri maarifləndirici tur-aksiya çərçivəsində İsmayıllıya yola düşüblər
17.03.2016 [10:09]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir. 2016-cı il martın 16-19-da və 24-27-də “Ölkəmizi tanıyaq” adı altında keçiriləcək maarifləndirici tur-aksiya çərçivəsində 54 şəhər və rayondan 1980 nəfər IX-XI sinif şagirdinin Azərbaycanın bölgələrinə səfəri nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, maarifləndirici tur-aksiyanın Mingəçevir şəhərindən olan iştirakçıları martın 16-da İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya yola düşüblər.
Tur-aksiyanın iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsi önünə gül dəstələri düzərək, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Mingəçevirin mərkəzində təşkil olunan yolasalma mərasimində şəhər icra hakimiyyəti başçısının müavini Hikmət Kərimov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayır.
Mərasimdə çıxış edən təhsil işçiləri və valideynlər gəncliyin inkişafına göstərilən dövlət qayğısından minnətdarlıqla söz açıblar. Qeyd edilib ki, məktəblilər 4 gün ərzində İsmayıllı, Qəbələ və Şəkinin tarixi abidələri, adət-ənənələri, sosial-iqtisadi inkişafı, coğrafiyası və turizm məkanları ilə tanış olacaqlar. Müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikamızda təşkil olunan maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışaraq məktəblilərə uğurlu yol, mənalı istirahət arzulayıblar.
Ekskursiya qrupunun rəhbəri Firəngiz Həsənova deyib: “Əminəm ki, maarifləndirici tur-aksiya iştirakçılarının qədim tarixə malik Qəbələ, İsmayıllı və Şəkiyə səfərləri son dərəcə maraqlı və yaddaqalan olacaq. Qrupun üzvlərində yaranan xoş təəssüratlar uzun zaman unudulmayacaq. Biz gəzinti zamanı istirahət etməklə yanaşı, həm də rayonlarımızın gündən-günə inkişaf etməsinin, gözəlləşməsinin şahidi olacağıq. Həmçinin aksiyada iştirak edən şagirdlərə vətənpərvərlik hisləri aşılanır, onlar arasında Azərbaycanın bölgələri barədə daha ətraflı maariflənmə işləri görülür, dünyagörüşünün artırılması istiqamətində söhbətlər aparılır”.
Mingəçevir Riyaziyyat-Təbiət və Humanitar Elmlər Təmayüllü Liseyin 11-ci sinif şagirdi Ülvi Aşurov tur-aksiyanın təşkilindən razılığını ifadə edərək, göstərilən diqqət və qayğıya görə şagirdlər adından dövlətimizin başçısına minnətdarlığını bildirib. Ülvi Aşurov deyib: “Bu maarifləndirici tur-aksiya zamanı hər bir şagird ölkəmizin görməli yerlərini tanımaq, tarixi, adət-ənənələri, maddi-mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcək. Biz turizm obyektlərini və tarixi abidələri, ölkəmizin bölgələrində gedən sürətli sosial-iqtisadi inkişafı öz gözlərimizlə görəcəyik. Eyni zamanda, bu səyahət bizdə yüksək əhval-ruhiyə yaradacaq. Bu da təhsildə yaxşı nailiyyət əldə etməyimizə bir stimul olacaq”.
Çıxışlardan sonra 40 nəfər mingəçevirli şagird avtobusla İsmayıllı rayonuna yola salınıb.
Qeyd edək ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Ölkə gəncləri Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Lerik, İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar və Xaçmazda tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, gənclər mərkəzlərinə, Bayraq meydanlarına, rəsm qalereyalarına, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçirəcəklər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02

