Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb
01.07.2016 [10:14]
Dünya şöhrətli seleksiyaçı alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, Əməkdar Elm Xadimi, Azərbaycanın ali dövlət mükafatlarına - “İstiqlal” və “Şərəf” ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görülmüş akademik Cəlal Əliyevin anadan olmasının 88-ci ildönümüdür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan dünya şöhrətli alim, akademik Cəlal Əliyevin məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar.
Tanınmış elm xadimlərinin, alimin ailə üzvlərinin, tələbələrinin iştirak etdikləri tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev akademik Cəlal Əliyevin elmi nailiyyətlərindən, Azərbaycanda biologiya elminin inkişafında onun əvəzsiz xidmətlərindən danışıb. O, alimin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, akademik Cəlal Əliyevin bir sıra ali dövlət mükafatlarına layiq görüldüyünü diqqətə çatdırıb.
Digər çıxış edənlər bildiriblər ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradılmasında mühüm xidmətləri olan Cəlal Əliyevin uğurlu elmi fəaliyyətinin mühüm hissəsi ölkəmizdə taxılçılığın inkişafına yönəlib. Onun fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər dünya elmi ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilib. Böyük alimin dərin nəzəri bilikləri, innovativ ideyaları, gərgin əməyi yeni intensiv tipli taxıl sortlarının yaradılması ilə nəticələnib. Alimin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur.
Vurğulanıb ki, elmi kadrların hazırlanmasında akademik Cəlal Əliyevin əvəzsiz xidmətləri olub. Hazırda görkəmli alimin yetirmələri dünyanın bir sıra ölkələrində qabaqcıl elm mərkəzlərində fəaliyyət göstərirlər.
Akademik Cəlal Əliyevin gərgin əməyi, beynəlxalq elmi əlaqələrin inkişafındakı xidmətləri digər ölkələrin də ali mükafatları ilə dəyərləndirilib.
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova dünya şöhrətli seleksiyaçı alim Cəlal Əliyevin təcrübəsini daim alim və mütəxəssislərlə bölüşdüyünü bildirib, bütün elmi konfrans və seminarlarda bu təcrübədən istifadə olunduğunu diqqətə çatdırıb.
Tədbirdə vurğulanıb ki, olduqca mənalı və şərəfli ömür yolu keçmiş, elmə çox dəyərli töhfələr vermiş akademik Cəlal Əliyevin əziz xatirəsi ürəklərdə yaşayacaq, Azərbaycan xalqı görkəmli övladının xatirəsini daim uca tutacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

