Bolqarıstanın vitse-prezidenti Bakı Slavyan Universitetində olub
01.10.2016 [12:33]
Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumun iştirakçısı, Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova sentyabrın 30-da Bakı Slavyan Universitetinin (BSU) qonağı olub.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, M.Papova universitetə gəlməkdə məqsədinin bu ali təhsil ocağının yeni rəhbərliyi və kollektivi, eyni zamanda, bolqarşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşmək olduğunu söyləyib.
Qonaq BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzində və buradakı kitabxanada olub, kitabxanaya yeni kitablar hədiyyə edib.
Sonra M.Popova universitetin müəllim və tələbələri ilə görüşüb. Görüşdə BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsi, burada 2004-cü ildən fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. N.Əliyeva bildirib ki, mərkəzin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək, gənclərin dost ölkənin mədəniyyətinə, incəsənətinə, tarixinə marağını artırmaqdır. Rektor hər iki ölkənin tələbələri arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək məqsədi ilə yeni planlarının olduğunu da vurğulayıb.
Artıq ikinci dəfə BSU-da qonaq olduğunu deyən M.Popova V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Bolqarıstan möcüzələri” adlı layihə üzərində işlədiklərini və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdən sonra bu layihəni genişləndirərək “Bolqarıstan-Azərbaycan möcüzələri” adı ilə reallaşdırmaq qərarına gəldiklərini bildirib. BSU barədə təəssüratlarını bölüşən vitse-prezident universitetdə tələbələr üçün yaradılan şəraiti, tələbələrin hazırlıq səviyyəsini yüksək dəyərləndirib. O, deyib: “Görüş zamanı tələbələrin bizə ünvanladığı suallar azərbaycanlı gənclərin biliklərə dərindən yiyələndiklərini, onların multikultural dəyərləri yüksək qiymətləndirdiklərini göstərir. Şadam ki, belə bir gəncliklə tanış oldum və inanıram ki, onlar xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirəcəklər”.
M.Popova Bakı Slavyan Universitetində bolqar dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına göstərilən diqqətə görə BSU rəhbərliyinə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50

