Bəhruz Quliyev: “Reket” jurnalistlərin ifşası cəmiyyətin sağlamlaşmasına xidmət edir
08.12.2016 [10:13]
“Mətbuatdan sui-istifadə halları, “reket” jurnalistlərin fəaliyyəti son dövrlərdə daha da aktuallaşıb”. Bunu Trend-ə açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda “reket” jurnalistika 90-cı illərin əvvəlindən başlayıb: “Həmin vaxt hələ internet resurslarından istifadə məhdud idi. O vaxtlar Azərbaycanda “reket ordusu” formalaşdı. Ölkədə xaos, anarxiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan mətbuatında da belə bir problem ortaya çıxdı və “reket” jurnalistlər cəmiyyətdə özünə yer elədi. Sonrakı dövrlərdə bunun acı nəticəsini çəkməyə başladıq. Bu gün də ənənəvi jurnalistika “reket” jurnalistikadan əziyyət çəkir. Bu gün əsl jurnalistika ilə “reket” jurnalistika cəmiyyətdə fərqləndirilmir, insanlar ayırd edə bilmirlər. Amma müsbət haldır ki, bu gün ənənəvi mətbuat öz işi ilə məşğuldur, peşə fəaliyyətini diqqətlə yerinə yetirir, Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərir. “Reket” şəbəkə isə bunun tam əksinə hərəkət edir, yaranmış vəziyyətdən sui-istifadə edir, Azərbaycanda azad söz, azad fikir, azad mətbuatdan öz mənafeləri üçün yararlanmağa çalışır. Bu gün “reket” jurnalistlər sosial şəbəkələrdən modern formada istifadə edirlər”.
Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının insanları şantaj edən “reket” şəbəkəsini ifşa etməsinə gəlincə, B.Quliyev bu əməliyyatı yüksək qiymətləndirib: “Belə əməliyyatlara, bu cür təbliğatlara hətta ənənəvi mətbuatın özü də qoşulmalı, həmin “reket” jurnalistlərin ifşası üçün hüquq-mühafizə orqanlarına yardımçı olmalıdır. Bu mübarizə bizim cəmiyyətin sağlamlaşmasına xidmət edən addımlardandır. Vətəndaş cəmiyyətinin formalaşmasında mətbuatın da böyük rolu var. Əgər cəmiyyətdə qeyri-sağlam ünsürlər olarsa, cəmiyyət başqa istiqamətə yönələr. Ona görə də DTX-nin gördüyü tədbirlər çox uğurludur və əminəm ki, bu tədbirlər Azərbaycan mətbuatının sağlamlaşmasına xidmət edəcək. Amma biz də bu mübarizəyə qoşulmalıyıq və bu çirkabdan qurtulmalıyıq”.
Baş redaktor bildirib ki, bu cür tədbirləri Azərbaycan mətbuatına qarşı əməliyyat adlandırmaq olmaz: “Ümumiyyətlə, bu şəxsləri Azərbaycanın mətbuat nümayəndəsi adlandırmaq olmaz. Onların mətbuat nümayəndəsi adlandırılması bizim beynəlxalq imicimizi aşağılayacaq. Həmin şəxsləri jurnalist adlandırmaq məsələyə qeyri-peşəkar yanaşmadır. Dövlət mətbuatın inkişafında maraqlıdır. 2013-cü ildə Prezident İlham Əliyev “Jurnalistlərin dostu” elan edildi. Bu o deməkdir ki, dövlət rəhbərliyi mətbuatın sağlamlaşmasında, demokratik fəaliyyətində və inkişafında maraqlıdır. Bu da birbaşa cəmiyyətin, hüquqi dövlətin inkişafına xidmət edən amildir”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

