Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 98 illiyi qeyd olunub
29.03.2017 [10:03]
Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən, hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Bu münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranları Fəxri xiyabana gələrək Ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təntənəli mərasim Xidmətin akt zalında davam etdirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev çıxış edərək bütün şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını peşə bayramı münasibətilə təbrik edib. O, Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü qeyd edib, bugünkü güclü Azərbaycanın təməlinin məhz Ulu öndərin dövlət təhlükəsizlik orqanlarına və ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirib. Vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin də müasir dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər görüb.
Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu deyən general-leytenant Mədət Quliyev Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının DTX-nin əsas vəzifəsi olduğunu qeyd edib. Bu baxımdan günün tələbləri nəzərə alınaraq, Xidmətdə aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib. DTX-nin qarşısında böyük vəzifələrin qoyulduğunu, görüləsi işlərin hələ çox olduğunu vurğulayan general-leytenant Mədət Quliyev ölkəmizin sabitliyinin və təhlükəsizliyinin etibarlı təmin edilməsi, cinayətkarlıqla mübarizə üzrə aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcəyini bildirib.
General-leytenant Mədət Quliyev göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına bütün əməkdaşların adından minnətdarlığını çatdıraraq deyib: “Peşə bayramı ərəfəsində möhtərəm Prezident İlham Əliyevin sərəncamları ilə ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın dövlət mükafatları ilə təltif edilməsi fəaliyyətimizə verilən yüksək qiymətdir. Göstərilən böyük etimada və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Prezident İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaq, Ali Baş Komandanın bütün əmr və göstərişləri bundan sonra da dərhal və vicdanla yerinə yetiriləcək”.
Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə möhkəmlənir. DTX xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması istiqamətində həyata keçirdiyi fəaliyyəti ilə öz yeni tarixinin şanlı səhifələrini yazır. Veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Şamil Süleymanov Azərbaycanın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs vəzifəsi olduğunu vurğulayıb.
Təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.
Sonra Azərbaycan Respublikası Prezidentinin DTX-nin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın təltif edilməsi haqqında sərəncamları elan edilib.
Xidmətdə fərqlənən əməkdaşların, eləcə də təhlükəsizlik orqanlarının veteranlarının mükafatlandırılması barədə DTX rəisinin əmrləri oxunub, təltif olunanlara, həmçinin peşə bayramı münasibətilə Xidmətin struktur bölmələri arasında idmanın müxtəlif növləri üzrə keçirilmiş yarışların və turnirlərin qaliblərinə mükafatlar verilib.
Bayram tədbiri DTX-nin Mədəniyyət Mərkəzində bədii proqramla davam etdirilib.
Xəbər lenti
Hamısına baxSosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08

