Cəlilabad yüksək iqtisadi inkişaf dövrünü yaşayır
17.07.2009 [10:28]
Qədim diyarın görünən tərəfləri
Cəlilabad rayonu çox qədim yaşayış məskəni olsa da, bir qədər tədqiqatçıların və arxeoloqların diqqətindən kənarda qalıb. Rayonun hələ bizə məlum olmayan və eramızdan əvvəlki minilliklərin sirrini özündə qoruyub saxlayan maddi sübutları torpağın elə də dərin olmayan qatlarında toxunulmaz halda qorunub saxlanır. Hərdən-hərdən torpaq becərib, əkin əkən rayon əhalisinin qarşısına çıxan belə tapıntılar - küp qəbirlərdən tutmuş, daş sənduqələr, döyüş və məişət əşyaları rayonun Tarix-diyarşünaslıq Muzeyinə təhvil verilib. İlk baxışdan müəyyən etmək olur ki, çox yaxın bir gələcəkdə arxeoloqları bu torpaqda böyük axtarışlar və qiymətli tapıntılar gözləyir. çünki yeni Tarix-diyarşünaslıq Muzeyi inşa olunandan sonra Cəlilabadın qədim tarixini üzə çıxarmaq ehtiyacı qaçılmaz olacaq. Rayon əhalisi də yeni muzeyin inşasına sevinclə hazırlaşır. Necə deyərlər, gələcəyinin təməlini öz keçmişinin üzərində qurmaq prinsipinə Azərbaycanın hər yerində olduğu kimi bu regionda da əməl edilir.
Hələ ki, Cəlilabad özünün ən yaxın keçmişi ilə qürur duymaqdadır: Sovet dövründə ətraf rayonların içərisində öz abadlığı və gözəlliyi ilə seçilən bu ərazidə müsafirləri məşhur çay evi tikildiyi gündən rayonun simvoluna çevrilən “Armudu stəkan” qarşılayır. Rayona gələn hər kəs çayının ləzzəti və ətri ilə məşhur olan bu çay evinə qədəm basmalı və oradan rayonun ovuc içi kimi görünən panoramasına tamaşa etməlidir.
Ulu öndər Heydər Əliyev irsi geniş təbliğ olunur
Gələn qonaqları həm xarici görünüşü, həm də ziyarətçilərinin sayı ilə heyrətə gətirən daha bir tikili Ulu öndər Heydər Əliyevin xatirə muzeyidir. özünün qeyri-adi görkəmi ilə seçilən nəhəng bina açıq kitab şəklində inşa edilib. Qədim yapon məbədlərinin arxitekturasından qaynaqlanan layihə əsasında inşa edilmiş muzey az zaman içərisində rayon sakinlərinin və gələn qonaqların ən çox ziyarət etdikləri müqəddəs məkana çevrilib. Əksəriyyəti orta məktəb şagirdləri, tələbə və gənclər olan bu ziyarətçilərə Ulu öndər Heydər Əliyev irsi haqqında geniş məlumat verilir, müxtəlif əlamətdar günlərdə ideoloji dərslər təşkil edilir.
Azərbaycanın hər qarışında olduğu kimi Cəlilabadın da abadlaşmasında və inkişaf etməsində Ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Taxılçılıq rayonu kimi məşhur olan Cəlilabadda 70-ci illərdə respublikanın birinci şəxsi olan Heydər Əliyevin təşəbbüsü ilə üzümçülük təsərrüfatları yaradılmağa başlayıb. Bu müddətdə isə Ulu öndər Heydər Əliyev 1976-cı ildən 82-ci ilə kimi dörd dəfə rayona səfər edib. Rayon sakinlərindən 20 nəfərindən çoxu ölkənin ən yüksək əmək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı, yüzlərlə əməkçi, təsərrüfat rəhbəri müxtəlif orden və medallarla təltif edilib. Maraqlıdır ki, keçmiş sovet məkanında üzümçülük və şərabçılıq sahəsində öz göstəriciləri ilə öyünən Ermənistan respublikası təkcə Cəlilabadın əldə etdiyi yüksək nailiyyətlər qarşısında susmağa məcbur olub. Yəni təkcə Cəlilabad rayonu ölkəyə Azərbaycandan sonrakı sırada duran Ermənistandan daha çox üzüm verib.
Ulu öndərin cəlilabadlılarla sonuncu görüşü 1998-ci ildə olub. Prezident seçkiləri ərəfəsində ona çox doğma olan bir regionun sakinləri ilə görüşə gələn Heydər Əliyevi rayon əhalisi çox böyük coşqunluqla qarşılayıb. Və öz sədaqətini, Onun ideyaları yolunda dönməz olduğunu Ulu öndərə bir daha nümayiş etdirib. Bütün bu tarixi yaşantıların, ötüb keçmiş zamanın unudulmaz məqamlarının əks olunduğu sənədlər və fotoşəkillər xatirə muzeyinə ziyarətə gələnlərə uzun bir ömrün-öz xalqına, vətəninə həsr olunmuş bir ömrün xatirəsini danışır. Rayonun mərkəzində yeni salınmış Heydər Əliyev seyrəngahı da görənləri ilk baxışdan heyran qoyur. ölkənin təbiətini özündə əks etdirən bu istirahət guşəsi təkcə rayon əhalisinin deyil, qonaqların da ən sevimli məkanına çevrilib.
Cəlilabad ictimaiyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarını həyata keçirmək, ölkə başçısının qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirmək və daha böyük nailiyyətlər qazanmaq üçün bütün qüvvələrini sərf edirlər.
İdeoloji iş
Rayonda siyasi partiyalar, ictimai təşkilatlar, dini qurumlarla aparılan işlərə də çox ciddi diqqət yetirilir. Onların normal fəaliyyətinə hər cür şərait yaradılır. Hazırda Cəliliabadda 18 siyasi partiyanın rayon təşkilatı, 25 qeyri-hökumət təşkilatı, 96 məscid, 1 xristian və 1 yəhudi icması fəaliyyət göstərir. Onların bütün müraciətinə həssaslıqla yanaşılmaqla bərabər, problemləri öyrənilərək yerindəcə həll edilir. Eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi üçün müvafiq yerlər ayrılır. Təsadüfi deyil ki, Azərbaycan və onun regionları ilə ilk tanışlıq zamanı xarici qonaqlarımızı ölkədə hökm sürən dini dözümlülük və tolerantlıq heyrətləndirir. İctimai sabitliyin qorunub saxlandığı, dini qardaşlığın hökm sürdüyü ölkəmizin mənzərəsini xarici müşahidəçilər ötən il prezident seçkiləri zamanı bir daha seyr edə bildilər. Dinindən və irqindən asılı olmayaraq ölkənin tamhüquqlu vətəndaşları olduqlarını icmaların üzvləri, o cümlədən, Cəlilabadda yaşayan yəhudi və xristianlar da seçkilərə qatılmaqla nümayiş etdirdilər. Bundan başqa, rayonda fəaliyyət göstərən bələdiyyələr “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsünə qoşularaq, layihə çərçivəsində rayonun və hər bir kəndin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işləri və yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirakları ilə seçilirlər. Təkcə ötən il layihə çərçivəsində Privolnoye, Uzuntəpə, Alar, Qarazəncir, Ocaqlı və Günəşli kəndlərinin ümumilikdə 20 km-dən çox kənddaxili yollarına çınqıl döşənib, 5 kilometrlik Təzəkənd-Alar yolu əsaslı təmir edilib. Bundan əlavə, Uzuntəpə kəndindəki yeni massivə yol və içməli su xətti çəkilib.
Sosial-iqtisadi inkişaf
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsinin nəticəsi olaraq Cəlilabadın kəndlərinə elektrik enerjisinin məhdudiyyətsiz verilməsi, yararsız transformatorların, naqillərin və dirəklərin dəyişdirilməsi, kənddaxili yolların təmir edilməsi, bəzi təhsil, səhiyyə və mədəniyyət ocaqları üçün yeni binaların tikilməsi, kəndlərin qazlaşdırılması işləri uğurla həyata keçirilib.
Dövlət Proqramının ikinci mərhələsinin də uğurla icra olunması məqsədilə rayonda yaradılan işçi qrupu yerli resursları bir daha diqqətlə nəzərdən keçirərək yeni sosial-iqtisadi inkişaf proqramını tərtib edib. Proqram çərçivəsində Göytəpə şəhərində yeni yarımstansiyanın inşa edilməsi və Cəlayir kəndində yerləşən yarımstansiyanın yenidən qurulması, yararsız elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsi nəzərdə tutulub.
Cəlilabad şəhərində qazpaylayıcı stansiyanın tikilməsi, yeraltı qaz xətlərinin dəyişdirilməsi, yeni yaşayış massivlərinə qaz xəttinin çəkilməsi, Cəlilabad və Göytəpə şəhərlərində qazanxanaların inşa olunması, küçələrin və yolların təmir edilməsi, yaşayış məntəqələrində artezian quyularının qazılması, 15 kilometr suvarma kanalının çəkilməsi və mövcud meliorasiya qurğularının təmir olunması da həmin proqram çərçivəsində həyata keçiriləcək.
Buraya 27 məktəbin və 13 məktəbdə əlavə sinif otaqlarının, təcili tibbi yardım stansiyasının, 6 xəstəxananın, 8 həkim ambulatoriyasının, 7 tibb məntəqəsinin, 8 poçt şöbəsinin, 2 şərab zavodunun, ət və süd emalı müəssisələrinin, kənd təsərrüfatı məhsulları saxlanılması üçün soyuducunun, rayonda turizmin inkişafına tövfə olaraq meşə zonasında istirahət obyektlərinin inşası və dəmir-beton məmulatları zavodunun bərpa olunması da daxildir.
Təkcə ötən il Cəlilabad şəhər ATS-i tam elektronlaşdırılmış, Qarazəncir, Maşlıq, Bayxanlı, Şorbaçı, Buravar və Badamağac kəndlərində ümumilikdə 586 yerlik elektron ATS, dağlıq ərazidə yerləşən 12 kənddə isə peyk rabitə sistemi quraşdırılıb. Göytəpə şəhərində yeni poçt binasının tikilməsi əhaliyə göstərilən xidmətin daha da yaxşılaşmasına səbəb olub.
Əhalinin elektrik enerjisi ilə təchizatı da daim nəzarətdə saxlanır. Bu məqsədlə 2008-ci ildə 7 yeni tansformator quraşdırılıb, 26 transformator təmir edilib, yararsız vəziyyətdə olan naqil və dirəklərin çox böyük hissəsi dəyişdirilib, yeni elektrik hava xətləri çəkilib.
Təbii qaza olan tələbatda kəsirlərin aradan qaldırılması üçün təkcə ötən il 660 metr qaz xəttində təmir və bərpa işləri aparılmaqla yanaşı, daşıyıcı qaz kəmərləri lazımi avadanlıqla təhciz olunub. Rayonun mərkəzində 4300 metr yeni qaz xətti çəkilib.
Şübhə yoxdur ki, bütün bu tədbirlərin həyata keçirilməsi Cəlilabadın sosial-iqtisadi inkişafına güclü təkan verməklə yanaşı yerlərdəki mövcud problemlərin həllinə müsbət təsir göstərəcək.
Cəlilabadlılar Yeni Azərbaycan Partiyasını dəstəkləyir
Cəlilabad rayon ictimaiyyəti hər zaman öz siyasi aktivliyi ilə seçilib. Azərbaycana və ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirən rayon sakinləri bütün siyasi proseslərdə fəal şəkildə iştirak edir və xalqımızın, dövlətimizin gələcəyinin müəyyənləşməsində aktiv rol oynayır. İndiyə qədər keçirilən bütün seçkilərdə ümummilli liderimiz Heydər Əliyev siyasətinə, Yeni Azərbaycan Partiyasına sədaqət nümayiş etdirən Cəlilabad seçiciləri həm 2008-ci il prezident seçkilərində, həm də ümumrespublika səsverməsi-referendumda fəal surətdə iştirak ediblər. Rayon seçiciləri yekdilliklə Azərbaycanın gələcək inkişafına, sabitliyə, tərəqqiyə, Ulu öndər Heydər Əliyev siyasi kursuna-Prezident İlham Əliyevə səs veriblər. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasıdır. 1993-cü ildə təsis olunan Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatı ölkədə ilk yaranan yerli təşkilatlardandır. Məhz YAP Cəlilabad rayon təşkilatı fəallarının ideoloji işləri nəticəsində 2008-ci il oktyabrın 15-də cəlilabadlılar yüksək siyasi fəallıq nümayiş etdirərək, seçkilərin mütəşəkkil, demokratik və şəffaf keçməsini təmin ediblər. Böyük bayram təntənəsi və ruh yüksəkliyi ilə məntəqələrə gələn seçicilərin 81,3 faizi (57357 nəfər) cənab İlham Əliyevə səs verib.
Partiya fəalları rayonun və respublikanın ictimai həyatında yaxından iştirak edirlər. Bu gün sıralarında 4642 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatı öz inkişaf dövrünü yaşayır.
Cəlilabad keçmiş nüfuzunu bərpa edir
Cəlilabad rayonu özünün artıq unudulmuş şöhrətini bərpa etməkdədir. Rayon ərazisində bir zamanlar fəaliyyət göstərən zavodlar və fabriklər daha müasir və dünya standartlarına cavab verəcək şəkildə bərpa edilir. Əhali arasındakı işsizlik göstəricisi sürətlə azalır. Elm və təhsillə bağlı, səhiyyə sahəsindəki problemlər həll edilir. 2009-cu ilin yayı isə cəlilabadlılar üçün çox düşərli olub. Təbiətin şıltaqlıqlarına baxmayaraq taxıl biçinini başa çatdıran rayon sakinləri daha bir yığıma hazırlaşırlar. Cəlilabadın bol bəhrəli üzüm bağları həmin mövsümü səbirsizliklə gözləyir.
Rayon ictimaiyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarını həyata keçirmək, ölkə başçısının qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirmək və 2009-cu ildə daha böyük nailiyyətlər qazanmaq üçün bundan sonra da bütün qüvvələrini sərf edəcəklər.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09

