Ali məktəb tələbələri arasında futzal turnirinin açılış mərasimi keçirilib
29.11.2017 [10:26]
Noyabrın 28-də Bakı Ali Neft Məktəbinin yeni korpusunun idman zalında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) təşkilatçılığı ilə ali məktəb tələbələri arasında futzal turnirinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətini qeyd edib, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Dövlətimizin başçısının təhsilin, mədəniyyətin, idmanın inkişafına daim böyük önəm verdiyini deyən AHİK sədri diqqətə çatdırıb ki, müvafiq sahələrdə qazanılan nailiyyətlər ildən-ilə artır. Bu gün minlərlə Azərbaycan gənci dünyanın inkişaf etmiş ölkələrinin aparıcı ali təhsil müəssisələrində dövlət hesabına təhsil alır. Onların gələcəkdə layiqli vətəndaş kimi yetişərək ölkəmizə xidmət etmələri üçün hər cür şərait yaradılıb.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Möhbalıyev bildirib ki, AHİK tələbə və gənclərin hərtərəfli inkişafı üçün müxtəlif tədbirlər reallaşdırır. Artıq 10 ildir ali məktəb tələbələri arasında futzal turniri və intellektual yarışlar keçirir və tələbələr bu yarışlara həvəslə qoşulur. Yarışların qalibləri AHİK tərəfindən mükafatlandırılır.
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edərək gənclərə göstərilən qayğıdan, onların elmə və təhsilə, idmana olan marağından və qazanılmış uğurlardan danışıb. Ölkəmizdə təhsilin, mədəniyyətin və idmanın inkişafı üçün geniş imkanlar yaradıldığını vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan 2015-ci ildə “Bakı-2015” ilk Avropa Oyunlarına, bu ilin may ayında isə IV İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm idman tədbirlərinə ev sahibliyi edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə idmanın inkişafına da daim qayğı ilə yanaşır. Bu diqqətin göstəricisidir ki, respublikamızın bütün bölgələrində müasir tələblərə cavab verən olimpiya kompleksləri tikilərək gənclərimizin ixtiyarına verilib.
O qeyd edib ki, yarışın əsas məqsədi gənclərin idmana maraqlarını artırmaqla, onlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, habelə onların asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaqdır.
Bildirilib ki, ümumilikdə, futzal üzrə çempionatda 19 ali məktəb komandası öz qüvvələrini sınayacaq. İlk oyun Bakı Ali Neft Məktəbi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının futzal komandaları arasında keçirilib.
Dekabrın 10-dək davam edəcək turnirin sonunda I, II, III yerləri tutan komandalar kuboklar, medallar və diplomlarla təltif olunacaq. Həmçinin turnirlərdə fərqlənən idmançılara AHİK tərəfindən hədiyyələr təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56

