Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayı keçirilib
21.12.2017 [10:04]
Elbay Qasımzadə yenidən Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib
Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə filarmoniyanın foyesində təşkil edilmiş “Azərbaycan memarlığı” sərgisi ilə tanış olublar.
Qurultayda Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş bir qrup tanınmış memara mükafatlar təqdim olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Memarlar İttifaqı ötən 5 ildə kifayət qədər böyük işlər görüb. İttifaqın təşəbbüsü ilə onlarla mühüm layihə reallaşdırılıb, müsabiqələr təşkil olunub.
Nazir vurğulayıb ki, bu gün Azərbaycan Prezidentinin apardığı sosial-iqtisadi siyasətin məntiqi nəticəsi olaraq şəhər və kəndlərimiz simasını dəyişir, yeni görkəm alır. Respublikamızın bölgələrində aparılan yenidənqurma işləri, - gözəl və müasir binaların, yolların tikintisi, - memarlarımızın səyləri nəticəsində mümkün olub. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Xalça Muzeyi və bu kimi digər memarlıq nümunələri qədim Bakının müasir simvollarına çevrilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Azərbaycan memarlarının şəhərsalma sahəsindəki uğurlarından söz açaraq qeyd edib ki, son illərdə həm paytaxtda, həm də bölgələrdə möhtəşəm müasir binalar, beynəlxalq standartlara cavab verən mehmanxanalar, olimpiya idman kompleksləri tikilib. Bu tikililərin ərsəyə gəlməsində danılmaz xidmətləri olan memarlarımızın əməyi ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib, onlar yüksək dövlət mükafatları ilə təltif olunublar.
Sədr müavini, həmçinin diqqətə çatdırıb ki, Memarlar İttifaqının təşəbbüsü ilə mütəmadi olaraq sərgi və müsabiqələr keçirilir, Azərbaycan memarlıq sənətinin nümunələri nümayiş olunur. Eyni zamanda, tanınmış memarlarımızın əsərləri beynəlxalq müsabiqələrdə də layiqli yer tutur.
Sonra Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadənin təşkilatın 2012-2017-ci illər ərzində fəaliyyəti barədə hesabatı dinlənilib.
E.Qasımzadə bildirib ki, təmsil etdiyi qurumun fəaliyyətinin əsas məqsədi Azərbaycan memarlığının inkişafına nail olmaq, memarlıq və şəhərsalmanın inkişaf istiqamətlərini müəyyənləşdirmək, orijinal və müasir layihələri üzə çıxarmaq üçün sərgi və müsabiqələr təşkil etməkdir.
Qeyd olunub ki, hesabat dövründə Memarlar İttifaqının 10 plenumu və katibliyin 49 iclası keçirilib, həmin iclaslarda respublika memarlığına dair aktual məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. 2013-cü ildə Azərbaycan Memarlar İttifaqının orqanı olan “Memar” elmi-analitik informasiya jurnalının ilk nömrəsi çapdan çıxıb. Jurnal ildə dörd dəfə olmaqla, 1000 nüsxə tirajla çap olunur.
Diqqətə çatdırılıb ki, Memarlar İttifaqının üzvləri Beynəlxalq Memarlar İttifaqının 2014-cü ildə Cənubi Afrika Respublikasının Durban şəhərində və 2017-ci ildə Koreya Respublikasının paytaxtı Seulda keçirilən Ümumdünya konqreslərində və Baş Assambleyanın iclaslarında geniş nümayəndə heyəti ilə iştirak ediblər. Həmçinin Beynəlxalq Memarlar İttifaqına daxil olan II region ölkələri Memarlar İttifaqları prezidentlərinin görüşü 2017-ci ildə Bakı şəhərində keçirilib. Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu tədbir Azərbaycan memarlığının dünyada tanıdılması yolunda Memarlar İttifaqının atdığı mühüm addımlardan biridir. 2017-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bir qrup xarici qonaqla birgə Azərbaycan Memarlar İttifaqına gələrək, qurumun fəaliyyəti və memarlarımızın yaradıcılığı ilə tanış olub.
Qurultayda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinə və Təftiş komissiyasına namizədlər irəli sürülüb. Elbay Qasımzadə yekdilliklə yenidən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib.
Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Elbay Qasımzadəni yenidən Memarlar İttifaqının İdarə Heyətinə sədr seçilməsi münasibətilə təbrik edib, onun ötən beş ildəki fəaliyyətini və respublikanın şəhərsalma və memarlıq sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56

