“Xocalı dərsi” filminin təqdimatı olub
30.03.2018 [10:31]
Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində “ARB Aran” və “Qulp Studio”nun Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə çəkdiyi “Xocalı dərsi” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, ssenari müəllifi və rejissoru Əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran əsərində Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabındakı faktlardan istifadə olunub.
Filmlə bağlı məlumat verən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, 45 dəqiqəlik ekran əsərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində törətdiyi soyqırımının dünya mətbuatında necə işıqlandırıldığı göstərilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər və nəticədə bir çox ölkələrin bu soyqırımını tanıması haqqında ətraflı məlumat verilir. Bildirilir ki, məhz bu tədbirlərdən sonra Berlin, Sarayevo, Haaqa, Mexiko, Ankara, İzmir, İzmit, Kocaeli, Sakarya, Uşak şəhərlərində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidələr qoyulub. Xocalı soyqırımı indiyədək Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İordaniya, Panama, Peru, Honduras, Qvatemala, Sudan, Sloveniya, İndoneziya, Paraqvay, Cibuti, Şotlandiya, ABŞ-ın 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb və pislənilib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev qeyd edib ki, bu film Azərbaycan tarixinin qanlı səhifələrindən birinə həsr olunub. O, son 200 il ərzində tariximizdə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinə, onların əzəli torpaqlarımıza əsassız iddialarına, azərbaycanlıların deportasiyaya, etnik təmizləməyə, soyqırımlarına məruz qalmalarına dair kifayət qədər faktların olduğunu bildirib.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, deportasiya, etnik təmizləmə, soyqırımı hadisələrindən biri də ermənilər tərəfindən Xocalıda törədilən faciədir. Saxta sovet ideologiyası nəticəsində tariximiz unudulub, gənc nəsillər bu həqiqətlərdən zamanında xəbər tuta bilməyib. Buna görə də ermənilər zaman-zaman xalqımıza qarşı qanlı cinayətlər, soyqırımı əməlləri, Xocalı qətliamı kimi faciələr törədiblər. Odur ki, hər birimiz bu hadisələrdən ibrət dərsi götürməliyik, tarixi reallıqları araşdırmalıyıq, erməni faşizminin xalqımıza vurduğu zərbələrin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha çox iş görməliyik. Bununla bağlı artıq dövlət səviyyəsində kütləvi tədbirlər həyata keçirilir. 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ərəfəsində dövlətimizin başçısı Sərəncam imzalayaraq bu həqiqətlərin obyektiv araşdırılması, təhlil olunması və beynəlxalq ictimaiyyətə çatdırılması üçün vəzifələr müəyyən edib. Dövlətlə yanaşı, tarixçilərin, siyasətçilərin, KİV-lərin, QHT-lərin də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfələrini vermələri önəmlidir.
Ərəstun Mehdiyev qeyd edib ki, görülən işlərdən danışanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası xüsusi qeyd olunmalıdır. Bu kampaniya çərçivəsində həyata keçirilən işlər Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verib. Prezident Administrasiyasının rəsmisi bildirib ki, təqdimatı keçirilən film Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə stimul olacaq. O, gələcəkdə “Xocalı dərsi” sənədli filminin əsasında bədii film də çəkilə biləcəyini qeyd edib.
Sonra film nümayiş etdirilib. Filmdə erməni işğalçılarının Xocalıya hücum etdiyi gecə dörd gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan da söhbət açılır. Hadisənin canlı şahidi olan Xocalı sakini Sənəm Abdullayeva o dəhşətləri xatırlayaraq dinc əhalinin başına gətirilən müsibətlərdən danışır, anası, atası və 16 yaşlı kiçik bacısının meşədə öldüklərini bildirir. Xocalıdan olan ailənin sağ qalan üzvlərini ermənilər əsir götürüb, bir müddətdən sonra Azərbaycan tərəfinin apardığı danışıqlar nəticəsində onlar azad ediliblər.
Sənədli filmdə Xocalı soyqırımının dünyada tanıdılması və erməni faşistlərinin cəzalandırılmasının zəruriliyi barədə fikirlərini bölüşən Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasını yüksək qiymətləndirir.
Filmin nümayişindən sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, bu təşkilatın Qadınlar Şurasının sədri, Xocalıdan olan köçkün Ayna Novruzova, Cəbrayıl rayonunun Tatar kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Sərfinaz Mərdanlı ekran əsəri ilə bağlı fikirlərini bölüşüblər. Çıxış edənlər azərbaycanlılara qarşı soyqırımı törədən Ermənistanın gec-tez mütləq layiqli cəzasını alacağına, ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyinə əminliklərini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxAnalitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39

