Suraxanıda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb
28.04.2018 [10:14]
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin, rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzdə “Zərifə Əliyeva - böyük alim, fədakar qadın, qayğıkeş ana” mövzusunda konfrans keçirilib. Bu barədə AZƏRTAC-a Suraxanı rayon İcra Hakimiyyətindən məlumat verilib.
Əvvəlcə iştirakçılar Heydər Əliyev parkında Ulu öndərin xatirəsinə ucaldılan abidəsini ziyarət edib, Suraxanı rayon Heydər Əliyev Mərkəzi ilə tanış olub, Mərkəzdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə yaradılmış guşədəki büstün önünə tər güllər düzüb, rəsm və kitab sərgisi ilə tanış olub, “Elegiya” filminə baxıblar.
Sonra Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov konfransda çıxış edərək deyib ki, tariximizdə silinməz iz qoyan, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işlərdir. Bugünkü konfrans da Zərifə xanımın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Qəlbi Vətən sevgisi ilə döyünən, xeyirxah əməlləri ilə xalqının adını yüksəklərə qaldıran, həkim-oftalmoloq kimi doğma Azərbaycanın hüdudlarından kənarda da tanınan Zərifə xanım Əliyeva həyatın sınaqlarından, elmin çətin yollarından keçərək şərəfli bir ömür yaşayıb. Təsadüfi deyil ki, onun seçdiyi sənət, mənalı ömür yolundakı yorulmaz fəaliyyət insanlara nur bəxş etmək olub.
Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə məruzə ilə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı qeyd edib ki, Zərifə xanım Əliyevaya həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, səmimiyyəti, insanlara qayğısı idi. Xalqımız son dərəcə xeyirxah insan olan Zərifə xanım Əliyevanın nurlu xatirəsini daim əziz tutur.
Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan qadın və inkişaf mərkəzinin Suraxanı rayon bölməsinin sədri Şövkət Xanməmmədova, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi, 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova məruzə ətrafında çıxış ediblər.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30

