Ədliyyə Nazirliyində Fələstin nümayəndə heyəti ilə görüş olub
30.06.2018 [09:29]
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Yaxın Şərqdə qərar vermə prosesində qadınların gücləndirilməsi ilə bağlı həyata keçirdiyi layihə çərçivəsində yerli özünüidarəetmə fəaliyyəti və bu sahədə qadınların iştirakına dair Azərbaycanın təcrübəsi ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin yerli hökumət nazirinin müavini Məhəmməd Əl-Cabarinin başçılıq etdiyi nümayəndə heyəti ilə iyunun 29-da ədliyyə nazirinin müavini Vilayət Zahirovun görüşü olub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Fələstin arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, hər iki ölkədə yerli hökumətin inkişafı, bələdiyyə institutlarının fəaliyyəti, qadınların bələdiyyə idarəçiliyində iştirakı barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Nazir müavini V.Zahirov ölkəmizdə bələdiyyə institutunun formalaşdırılması və inkişafı istiqamətində mühüm addımların atıldığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik və institusional islahatlar nəticəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdiyini, bələdiyyə assosiasiyalarının yaradıldığını, bələdiyyələrdə qadınların təmsilçiliyini, onların yerli əhəmiyyətli məsələlərin həllində iştirakını vurğulayıb, bu sahədə GİZ ilə əməkdaşlığı qeyd edib.
Həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsində, onlara metodiki yardımın göstərilməsində, bələdiyyə nümayəndələrinin maarifləndirilməsində Ədliyyə Nazirliyinin fəaliyyəti barədə qonaqlara geniş məlumat verilib.
Azərbaycana ilk dəfə səfər etmələrindən məmnunluğunu ifadə edən qonaqlar ölkəmizin iqtisadi, mədəni və infrastruktur baxımından inkişafının şahidi olduqlarını söyləyib, yerli özünüidarə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd ediblər. Məhəmməd Əl-Cabarin Fələstində bələdiyyə institutunun fəaliyyətindən, qadınların bu sahədə aktiv iştirakının təmin olunmasından bəhs edib, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə hazır olduğunu vurğulayıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Fələstin Dövlətinin ölkəmizdəki səfiri Nasir Əbdülkərim Əbdürrəhman görüşdə iştirak edib.
Qonaqlar nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

