/ / Radikalizmə və ekstremizmə qarşı mübarizə üçün Azərbaycanda mükəmməl qanunvericilik bazası mövcuddur
Radikalizmə və ekstremizmə qarşı mübarizə üçün Azərbaycanda mükəmməl qanunvericilik bazası mövcuddur
18.07.2018 [09:35]
İyulun 17-də Kürdəmirdəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əlaqədar təşkilatların nümayəndələri, dini icma sədrləri, din xadimləri, eləcə də rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. İslam dininin mənəviyyatımız, mədəniyyətimizlə bağlı olduğunu vurğulayan E.Qafarov bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü bildirib.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Azərbaycan xalqının milli maraqlarına real və potensial təhlükə mənbəyi olan dini ekstremizmi, radikalizmi təbliğ edən cərəyanlarla mübarizə aparılmasının zəruriliyinə, dindarların, gənclərin və yeniyetmələrin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün dini maarifləndirmə istiqamətində aparılan fəaliyyətə diqqət çəkib. Eyni zamanda, dini radikalizmə, terrorçuluğa, ekstremizmə qarşı mübarizə üçün Azərbaycanda mükəmməl qanunvericilik bazasının mövcud olduğunu, qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və düzəlişlərin edildiyini diqqətə çatdırıb. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayan İ.Vəliyev Prezident İlham Əliyevin “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq” fikirlərinə diqqət çəkib.
DQİDK-nin Ucar bölgəsi üzrə şöbə müdiri Əzim Rəfiyev tədbirdə çıxış edərək deyib ki, bu gün dünyada İslamı terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən və buna qismən də nail olan məlum şəbəkələr var. Onların yaratdığı mənfi imic, əslində, İslamın daxilindəki mənfi durumdan, parçalanmadan, maarifçilikdən uzaq düşməsindən qaynaqlanır. Əzim Rəfiyev çoxkonfessiyalı ölkə kimi Azərbaycanın dünyada dinlər və mədəniyyətlər arasında əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə layiqli töhfələr verə biləcəyini vurğulayıb.
Tədbirdə polis idarəsinin əməkdaşı Asif Əhmədov, Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən, dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, habelə ənənəvi İslam anlayışının mahiyyətindən danışıblar.
Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25

