Gənc developerlər “AppLab” sayəsində layihə idarəedilməsinin əsaslarını öyrəniblər
19.07.2018 [09:42]
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “AppLab” layihəsində iştirak edən gənc developerlər üçün daha bir təlim sessiyası təşkil edib.
“Layihənin idarə edilməsi” mövzusunda keçirilmiş bu təlim layihələrin uğurla idarə edilməsinin əsas prinsipləri ilə yanaşı, keyfiyyət meyarlarının düzgün təyin edilməsi, planlaşdırma metodlarının öyrənilməsi, PERT və Gant cədvəlləri, korporativ qaydaların müəyyən edilməsi və digər maraqlı mövzuları əhatə edib. Bakcell şirkətinin “AppLab” proqramının iştirakçılarına layihələrin həyata keçirilməsinin hər bir təşkilatda baş verən biznes proseslərinin ən vacib məqamlarından olması barədə məlumat verilib. Gənc developerlərə bildirilib ki, layihələr öz mürəkkəbliyinə görə fərqlənir və statistikaya əsasən, menecerlərin ümumi iş vaxtının 50%-dən çox olan hissəsi strategiyanın düzgün təşkil edilməsi və layihələrin düzgün idarə edilməsinə sərf olunur. Təlimin sonunda isə iştirakçılara öz yeni biliklərini praktikada tətbiq etmək imkanı verilib.
“Bakcell”in “AppLab” mərkəzində yaradılmış mühit çox yaxşı təsir bağışladı. Burada iştirakçılara yeni biliklər, fürsətlər və biznes əlaqələrin əldə edilməsi üçün geniş imkanlar verilir. Bu biznes inkubatoru təkcə iş mühiti deyil, iştirakçılar üçün keyfiyyətli bir məlumat mənbəyi rolunu oynayır və bugünkü kimi vacib mövzularda təlimlərin keçirilməsi onların daxili motivasiyasını artırmaqla yanaşı, uğurlu olmaq şansını da xeyli artırır”, - deyə CAC Təlim Mərkəzinin təlimçisi Məmməd Orucov bildirib.
“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz internet, masa və təlim otaqları ilə yanaşı, üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59

