/ / Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir
Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir
31.08.2018 [09:14]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Daxili İşlər Nazirliyinin (DİN) birgə təşkilatçılığı ilə DİN Daxili Qoşunlarının Quba rayonundakı “N” saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, hərbi hissə komandirinin müavini Aftandil Budaqov, zabit, gizir heyəti və əsgərlər iştirak ediblər.
Əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən hərbi hissə komandirinin müavini A.Budaqov “Şəhadət” filminin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə böyük töhfə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu cür ekran əsərləri əsgərlərimizin döyüş ruhunu daha da yüksəldir.
Dövlət Komitəsi sədrinin müavini G.İsmayılov “Şəhadət” sənədli filminin çəkilməsini zəruri edən amillərə toxunub, filmin dini maarifləndirmə işindəki əhəmiyyətindən danışıb. Sədr müavini qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür mənfi meyillərin yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından ətraflı bəhs edib. Bildirib ki, radikalizmi meydana gətirən əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və ümumilikdə dini biliklərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizə işində başlıca istiqamət dini maarifçilik, milli-mənəvi dəyərlərin qorunması və təbliği işinin mütəmadi aparılmasıdır. Bu cür maarifçilik tədbirləri cəmiyyətin bütün təbəqələrində, o cümlədən hərbi hissələrdə təşkil olunur.
G.İsmayılov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması, Vətənə, dövlətə bağlılıq ruhunda tərbiyə olunması istiqamətində Bakıda və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirilib: “Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir və Azərbaycan ordusu işğal olunmuş torpalarımızı azad etməyə mənəvi-psixoloji baxımdan tam hazırdır”.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

