Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərsu” ASC-də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

“Azərsu” ASC-də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

08.03.2019 [09:15]

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) tədbir keçirilib. “Azərsu” ASC-nin qadın əməkdaşlarını təbrik edən Səhmdar Cəmiyyətin sədrinin birinci müavini Teyyub Cabbarov bu bayramın dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda qeyd olunduğunu bildirib.
Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri olduğunu xatırladan T.Cabbarov qeyd edib ki, Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə diqqət və qayğı ilə yanaşıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir: “Möhtərəm Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm vermişdir. Ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verən qadınlar cəmiyyətimizdə öz layiqli yerini tutub. Azərbaycan qadınının qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var”.
Tədbirdə qeyd olunub ki, müasir dövrdə gender bərabərliyinin təmin olunması istiqamətində ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət aparılır. Son illər gender siyasətinə xələl gətirən məişət zorakılığı, erkən nikah, insan alveri kimi hallarla mübarizə tədbirləri gücləndirilib. Qadınların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilib, su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğu vurğulanıb.
Tədbirin sonunda “Azərsu” ASC-nin xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilib.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31