Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / "Aprel zəfəri" adlı tədbir keçirilib

"Aprel zəfəri" adlı tədbir keçirilib

05.04.2019 [17:50]

"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi, "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı ilə "Aprel zəfəri" adlı tədbir keçirilib.
Tədbirdə Mərkəzin baş psixoloqu Elmira Mirzəyeva, ASGA-nın sədri Səbuhi Abbasov, Qarabağ qazisi Rüxsarə Cumayeva, kəşfiyyatçı, istehkamçı Teymur Əliyev, Aprel qazisi Vüsal Muradov, itkin Rövşən Kərimovun anası Xoşqədəm Kərimova və fəal gənclər iştirak ediblər.
Tədbirdə öncə dövlət himni oxunub və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. PXTİB-nin icraçı direktoru Leyla Kərimova tədbirin proqramı haqqında geniş məlumat verib.
Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan "Qarabağ dünən, Qarabağ bu gün, Qarabağ sabah" adlı qısametrajlı film nümayiş edilib.
Tədbirdə çıxış edən digər natiqlər də Vətən oğullarının Aprel döyüşlərində göstərdikləri şücaətlərdən söhbət açıblar. Bildirilib ki, Aprel döyüşləri zamanı düşmən ölkəyə həm hərbi, həm də siyasi sahədə sarsıdıcı zərbə vurulub. Məhz bu döyüşlərdən sonra Ermənistanda baş verən siyasi təlatümlərin hələ də davam etdiyi söylənilib.
Çıxışlardan sonra Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin "Gənclər şöbəsi"nin fəal üzvləri tərəfindən hazırlanan "Şəhidliyə gedən yol" adlı səhnəcik nümayiş etdirilib.
Tədbirə Qarabağ şikəstəsi ilə yekun vurulub.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31