Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ali Məhkəmədə geniş müşavirə keçirilib

Ali Məhkəmədə geniş müşavirə keçirilib

06.04.2019 [09:14]

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təşkili ilə bağlı Ali Məhkəmədə Ramiz Rzayevin sədrliyi ilə geniş müşavirə keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan islahatlar çərçivəsində məhkəmə sisteminin inkişafı üzrə mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyi, xüsusi dövlət proqramlarının qəbul edildiyi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırıldığı, məhkəmə və ədliyyə infrastrukturunun müasirləşdirildiyi, məhkəmə-hüquq sistemində kompleks tədbirlərin görüldüyü qeyd edilib. Vurğulanıb ki, dövlətimizin başçısı yeni Fərmanı ilə bu sahədə islahatların dərinləşdirilməsi, məhkəmələrə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, süründürməçiliyin və digər mənfi halların aradan qaldırılmasının yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsi, məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetlər müəyyənləşdirilib.
Qeyd olunub ki, Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin əmri ilə xüsusi komissiya yaradılıb. Fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı Komissiya tərəfindən tədbirlər planı işlənib hazırlanıb. Tədbirlər planının təxirə salınmadan həyata keçirilməsinə başlanıb.

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31