Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib
16.04.2019 [09:34]
Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində aprelin 15-də Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamından bəhs edib.
Müasir dövrün sosial bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə fikirlərini bildirən rektor ölkəmizdə narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun qanunvericilik tədbirlərindən və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən danışıb. E.Babayev narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olanların müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin önəmini qeyd edib.
Sonra Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqo şəhərində fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron mühazirə oxuyub. O, mühazirəsində Amerika Birləşmiş Ştatlarında narkomaniya ilə bağlı vəziyyətin ağırlığından, onun qurbanlarının ilbəil artmasından bəhs edib. Məlum olub ki, əgər 1990-cı illərdə ABŞ-da 10 min gənc bu bəladan əziyyət çəkirdisə, 2007-ci ildə bu rəqəm 35 min, 2018-ci ildə 72 min olub. 2019-cu ildən isə bu göstəricinin 80 min olacağı gözlənilir.
Tədbirdə Kolumbiyanın Narkotiklərlə Mübarizə İdarəsinin Boqotada fəaliyyət göstərən əməkdaşı Bobi Lukas narkomaniyanın qarşısının alınması yolları və üsulları barədə məlumat verib.
Seminar tələbələrin, müəllimlərin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

