Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
22.05.2019 [09:53]
Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atıb.
Bu fikir mayın 21-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfransda səsləndirilib.
Tədbirdə dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.
Regional konfransda ölkəmizdə dini sahəyə göstərilən diqqət və qayğıdan bəhs olunub, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyi, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığı diqqətə çatdırılıb. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin balanslaşdırılmış siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atır. Komitə sədri vurğulayıb ki, dövlətin dini icmalara göstərdiyi qayğı gündən-günə artmaqdadır. Böyük tarixə malik məbədlərin təmir və bərpası davam etdirilir, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır.
Çıxışında dinin siyasiləşdirilməsinin fəsadları barədə də danışan Mübariz Qurbanlı diqqətə çatdırıb ki, terrorçuluğun dini olmadığı kimi, radikallığın da dini yoxdur. Hamımız bilirik ki, İslamın mütərəqqi dünyabaxışı, həyat fəlsəfəsi qətiyyən zorakılığı, radikallığı təbliğ etmir. İslam dini müqəddəsdir və onun əsas mahiyyəti sülhdür, dostluqdur. Onun sözlərinə görə, bəzi din adı altında fəaliyyət göstərən qüvvələr öz siyasi, yaxud digər maraqları çərçivəsində dini baxışları radikal formada təqdim edir, ekstremizmə rəvac verirlər. DQİDK sədri bu cür mənfi təzahürlərin qarşısının alınmasında dini maarifləndirmənin xüsusi əhəmiyyətə malik olduğunu deyib.
Milli Məclisin deputatı Qənirə Paşayeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində həyata keçirdiyi tədbirlərin önəminə toxunub. İslam dininin olduğu kimi, sağlam əsaslarla gənclərə təbliğ edilməsinin vacibliyini vurğulayan deputat bunun əksinin cəmiyyətdə bir çox fəsadlara səbəb olduğunu deyib. O qeyd edib ki, son dövrlər bəzi müsəlman ölkələrində baş verən münaqişələr dini radikalizm, məzhəb ayrı-seçkiliyi və xurafatdan qaynaqlanır. Ölkəmizdə milli-mənəvi və dini dəyərlərimizə yad olan ideologiyaların təbliğinin yolverilməz olduğunu dilə gətirən Q.Paşayeva cəmiyyətin düzgün dini biliklərlə məlumatlandırılmasının dini radikal qrupların təsirindən qorumaq baxımından olduqca əhəmiyyətli olduğunu bildirib. Deputat, həmçinin Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizin nümunəvi tolerantlıq modeli nümayiş etdirdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, müzakirələrlə yekunlaşan konfrans işini mayın 22-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

