Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir
25.06.2019 [09:57]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkələrimizin prokurorluq orqanları arasında ənənəvi tərəfdaşlıq münasibətlərinin və hüquqi əlaqələrin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Rusiyalı həmkarı Yuri Çaykanın dəvətilə iyunun 24-də rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın paytaxtı Moskva şəhərinə rəsmi səfər edib.
Səfər çərçivəsində Rusiyanın Baş prokuroru Yuri Çayka ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusilə qeyd olunub.
Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror Z.Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunmuş nailiyyətlərdən geniş danışıb. Baş prokuror ötən illər ərzində prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırılması istiqamətində aparılan mütərəqqi işlər, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə həmkarına məlumat verib.
Görüşdə Azərbaycanın və Rusiyanın Baş prokurorluqları arasında tərəf dövlətlərin qanunvericilikləri və tətbiq edilən beynəlxalq müqavilələr rəhbər tutularaq “Əməkdaşlıq haqqında” Saziş imzalanıb.
Sonra Baş prokuror Z.Qaralov möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin bir çox sahələrdə olduğu kimi özünü hüquq-mühafizə sahəsində də büruzə verdiyini vurğulayıb, Azərbaycan və Rusiya Baş prokurorluqları arasında izmalanmış Sazişin əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd olacağına və yeni perspektivlər üçün əlverişli zəmin yaradacağına əminlik ifadə edib.
Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Yuri Çayka imzalanmış sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirərək münasibətlərin daha da dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu qeyd edib.
Görüşdə cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən terrorçuluq, korrupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq haqqında danışılıb, ölkələrimizin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, hüquqi yardım, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda Baş prokuror Zakir Qaralov Rusiya Federasiyasının Baş prokuroru Yuri Çaykaya Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli Qanunu ilə təsdiq olunan “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalını təqdim edib.
Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

