"İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat" mövzusunda konfrans keçirilib
25.07.2019 [12:09]
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyulun 25-də "Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat" mövzusunda konfrans keçirib. Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) konfrans zalında keçirilən tədbirdə QHT rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat" mövzusunda konfrans və seminarların təşkili" layihəsi çərçivəsində baş tutan tədbirdə çıxış edən layihənin koordinatoru Müşfiq Ələsgərli öncə layihənin və konfransın məqsədi barədə məlumat verib. O, bildirib ki, xəbər istehsalçılarının "Şəxsi həyat" barədə xəbər hazırlamağın şərtlərinə yanaşmaları problemlidir: "Xüsusi kateqoriyalı fərdi məlumatlar"ın, onun mühüm qollarından olan "Şəxsi həyat"ın qorunması modern dünyada insan hüquqlarının ən önəmli prinsiplərindən biri, həmçinin, onlayn medianın trend problemlərindən biri kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi "Şəxsi həyatın qorunması"nı ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də "şəxsi həyat"a aid informasiyaların qorunmasına, ona hörmətlə yanaşılmasına təminat verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri başqalarının "şəxsi həyat" prinsipini pozmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Mövzunun həssaslığını nəzərə alaraq, Milli Məclis "Fərdi məlumatların qorunması" adlı əlahiddə qanun da qəbul edib. "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın 3-cü Prinsipi də "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" mövzusuna həsr edilib.
Amma internetin sürətli inkişaf etməsi ilə bu sahədə problemlər də ortaya çıxıb, "Şəxsi həyat"ın qorunması mövzusu aktuallaşıb. Sosial şəbəkələr,"Şəxsi həyatın qorunması" və digər bu kimi prinsiplərin intensiv şəkildə pozulmasına yol açmaqla, mənfi təzahürləri də ortaya çıxarıb. Keçirdiyimiz konfransda məqsəd bu problemin aradan qaldırılması yolları barədə müzakirə açmaq oldu".
Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə "Xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat və KİV"adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.
Tədbirdə çıxış edən media eksperti Nəzirə Nurullayeva şəxsi həyat barədə informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə konfrans iştirakçılarını məlumatlandırıb. Əməkdar jurnalist Azər Həsrət, DJL sədri, MŞ İH üzvü Yadigar Məmədli, Aktor.az saytının baş redaktoru Telman İsa və digərləri çıxış edərək mövzu üzrə fikirlərini çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

