Ali məktəblərə qəbul imtahanlarında tələbə adını qazanmış məzunlarla görüş
05.09.2019 [09:20]
Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət Evində tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tələbə adını qazanan gəncləri təbrik edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Ulu Öndər Heydər Əliyevin təhsilin hər bir xalqın gələcəyi olması barədə fikrini xatırladıb. Vurğulayıb ki, ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Son illər təhsilin inkişafına xidmət göstərən 16 dövlət proqramı qəbul edilib. Bu proqramlar məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Rayonda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 18-i yeni tikilib, 14-ü əsaslı təmir olunub. Eyni zamanda, 2018/2019-cu tədris ilində Abşeron rayonu “St.Sumqayıt” ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta və şəhər 4 nömrəli tam orta məktəbləri yeni binalarda fəaliyyətə başlayıb, 2019-2020-ci tədris ilində isə Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə veriləcək. Bu il rayonumuzun Çaytumas kənd məktəb liseyi və Xocahan kənd tam orta məktəbləri qəbul imtahanlarında 100 faiz nəticə göstərib. Çaytumas məktəb-liseyində 34 məzunun hamısı, Xocahan tam orta məktəbində isə ali məktəblərə sənəd verən 16 məzunun hamısı tələbə adını qazanıb. Cari ildə 442 məzundan 386 nəfəri (87,3 faiz) sənəd verib və onlardan 297-si ali məktəblərə qəbul olunub. Qəbul imtahanlarında iştirak edən 42 məzun 500-600 arası, 12 məzun isə 600-700 arası bal toplayıb. Bu il rayon üzrə qəbul 77 faizdir. Bütün bunlar Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonra Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov, valideynlər, məzunlar və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda yüksək bal toplamış gənclərə Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

